Videonu yayan Yulia Maruşevska Amerikanın Səsinin qonağı olub
Ukrayna ilə bağlı aksiyalar gənc qzın Youtuba yerləşdirdiyi video ilə geniş şəkildə yayılmağa başlayıb. “Mən ukraynalıyam” adlı videonu milyonlarla insan izləyib. Videonu yayan universitet tələbəsi Yulia Maruşevska Amerikanın Səsinin qonağı olub.
Britaniyalı fotoqraf Qraham Mitçellin çəkdiyi iki dəqiqəlik videoda Maruşevska insanların Kiyev küçələrinə nə üçün etiraza çıxdıqlarından bəhs edir. "Bunun bircə səbəbi var. Diktatorluqdan azad olmaq, qüdrətləri, evləri və pullarını saxlamaq üçün insanları güllələməyə,döyməyə, yaralamağa hazır olan siyasətçilərdən azad olmaq."
Maruşevska deyib ki, azadlıq uğrunda mübarizə siyasi mübarizə olmaqla yanaşı, insan hüquqları və universal azadlıqlar uğrunda mübarizədir. "Onlar başa düşdülər ki, biz yalnız başqa bir prezident üçün mübarizə aparmırıq. Biz normal həyat, yüksək sosial səviyyə, normal dəyərlər uğrunda mübarizə aparırıq. "
Maruşevska 70 adamın öldürülməsinə baxmayaraq, onun videosu və digərlərinin insanları Maydanı tərk etməkdən imtina etməsinə yol açdığını deyib. "İnsanlar kiminsə etiraza çıxdıqla niyə öldüyünü anlamağa çılışır. Bu insanların motivasiyası nədir? Bu bütün dünya üçün çətin bir sualdır."
Kaliforniyalı rejissor Ben Moses “Mən ukraynalıyam” videosunun diqqətlərə çatdırılmasına yardım edib. Onun dediyinə görə, iki həftə ərzində videonu 7 milyon, daha sonrakı həftə ərzində isə daha 1 milyon insan izləyib. O, videonun Yuliya Maruşeskanın sadəliyi və səmimiliyinə görə diqqətəlayiq olduğunu deyir.
"Rusların qorxması və təbliğat maşınını işə salmaqla, onu adi fahişə və ya ofisiant kimi qələmə verməsi heyrət doğurur."
Maruşevska isə mübarizəsinin yalnız Rusiyanı hədəf almadığını deyir. O, inqilabın Ukraynada korrupsiyaya son qoymaq üçün yeganə vasitə olmadığını düşünür.
Mayın 25-də Ukraynada keçiriləcək prezident seçkiləri yaxınlaşır. Kiyevli bu tələbə qız isə vətənində demokratiya illüziyaları deyil, əsl demokratiya görmək arzusundadır.