İlkin Rüstəmzadənin ailə üzvləri gənc fəalın qızdırmasının 3 gündür düşmədiyini deyir
Hazırda həbsdə olan Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadənin yaxınlarının Amerikanın Səsinə verdiyi məluamata görə, gənc fəalın qızdırması 3 gündür düşmək bilmir. Bacısı Nəgiz Rüstəmzadənin deyir ki, gənc fəalın onurğasında iltihab baş verib: “Biz son iki dəfə ona baş çəkəndə belində küt ağrıların olduğunu dedi. İlkin özü ağrıların böyrəyində olduğunu düşünürdü. Ancaq vəkili Nemət Kərimlinin səyləri nəticəsində İlkin Ultra Səs müayinəsindən keçəndən sonra bəlli oldu ki, onurğasında iltihab əmələ gəlib”.
Müayinənin nəticəsini İlkinin ailə üzvlərinə bildirən vəkil deyib ki, tük bədənə daxil olub və qıvrılaraq onurğaya batıb. “Hazırda İlkinin qızdırmasını ağrıkəsicilərlə salırlar, dünən gecəni o, ümumiyyətlə yata bilməyib. Arxası üstə uzana bilmir. Gələn həftənin cümə axşamı (iyulun 11-i) əməliyyat olunacaq” – deyə Nərgiz Rüstəmzadə Amerikanın Səsinə bildirib.
Penitensiar Xidmət İdarəsinin sözçüsü Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, təqsirləndirilən şəxslərin və məhkumların müayinəsi və müalicəsini Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi həyata keçirir: “İdarənin yüksəkixtisaslı kadrları və tibbi avadanlıqları var. Eyni zamanda qanun təqsirləndirilən şəxslərin ödənişli tibb ocaqlarına müraciət edə bilməsinə də yol verir”.
İlkin Rüstəmzadənin vəkilləri əməliyyatın mülki xəstaxanalardan birində həyata keçirilməsinə çalışır. Nərgiz Rüstəmzadə vəkillərə istinadən deyir ki, bunun üçün baş həkimin rəyi lazımdır.
“Hazırda İlkinin vəziyyəti orta-ağır olaraq qalır. Hərarəti 40 dərəcəyədək qalxır. Bir neçə saatlıq temperaturu salandan sonra, yenidən qalxır. Vəziyyəti heç yaxşı deyil.” – deyə gənc fəalın bacısı bildirir.
İlkin Rüstəmzadə barəsində seçilən 2 aylıq həbs qətimkan tədbiri iyul ayının 17-də başa çatır. Gənc fəalın ailə üzvləri iyulun 17-d’ keçirilməsi nəzərdə tutulan məhkəmə zamanı İlkinin həbs müddətinin daha 2 ay uzadılacağını ehtimal edir.
AXCP-dən bəyanat
AXCP yaydığı bəyanatda günahsız yerə həbsə alınmanı, pis rəftarı, qeyri-insani darvanışı, saxlanma yerlərində olan çatışmazlıqları məhbusların sağlamlığını korlayan ən ciddi faktorlar kimi sadalayır.
AXCP İlkin Rüstəmzadənin əsassız və siyasi qərəzin nəticəsi olaraq həbsdə saxlanmasının işgəncə olduğunu vurğulayaraq, bildirir ki, həbsxanalarda son vaxtlar siyasi məhbusların sağlamlığına qəsd olunması adiləşməkdədir.
“Ağır xəstəliyinə baxmayaraq normal müalicəsinə şərait yaradılmadığından bir il əvvəl həbsxanada dünyasını dəyişən hicab məhbusu Vaqif Abdullayev, vicdan məhbusları - “hepatit C” daşıyıcısı, cəhbəçi gənc Tural Həsənov, astmadan əziyyət çəkən başqa bir cəbhəçi gənc fəal Daşqın Məlikov, talassemiya xəstəsi, “NİDA”çı Zaur Qurbanlı, dağınıq skeleroz xəstəliyindən əziyyət çəkən, AXCP sədrinin qaynı Elnur Seyidov, şəkər xəstəliyi olan, milli azadlıq hərəkatının öncüllərindən Nemət Pənahlı deyilənlərə bariz nümunədir.
AXCP hakimiyyətin bu yanaşmasını kəskinliklə pisləyir və tələb edir ki, Azərbaycan hakimiyyəti, penitensiar xidmət qanunlara əməl etsin, siyasi məhbusların sağlamlıq vəziyyətlərindən təzyiq vasitəsi kimi istifadə edilməsinə son qoyulsun”, - deyə bəyanatca bildirirlir.
AXCP məhbusların sağlığına birbaşa hökumətin cavabdeh olduğunu xatırladaraq, hakimiyyəti İlkin Rüstəmzadənin vəziyyətini nərazərə götürməyə və təxirəsalnmaz tədbirlər görməyə çağırır.
Qeyd edək ki, Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə Youtube-da yerləşdirilən “Hаrlem Shake” videosunu hazırlamaqda təqsirləndirilir. Prokurorluq ona Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin iki bəndi ilə (221.2.1 və 221.2.2) ittiham irəli sürüb.