1800 il öncə toqquşan ulduzların partlayışını 2022-ci ildə görmək mümkün olacaq [Video]

Your browser doesn’t support HTML5

Kainatda, xüsusilə də bizim qalaktikada çox sayda çoxulduzlu sistem var ki, bu sistemlərdə iki və ya daha çox ulduz bir-birinin ətrafında dövrə vurur. Bu sistemlərin çoxu toqquşur. Astronomlar uzun illərdir bu fenomenə bələddir. Alimlər isə deyir ki, dmeək olar 2 min il bundan öncə baş verən toqquşmanı çox yaxında adi gözlə görmək mümkün olacaq.

1800 il öncə, üçüncü əsrdə Çinin Han İmperatorluğu üç krallığa ayrılmışdı. Maya sivilizasiyası klassik dövrünə daxil olmuşdu, Roma hərbi anarxiya vəziyyətində idi, dünyada isə bütpərəstlik hökm sürürdü. O dövrdə qalaktikada, Cygnus (Qu) ulduz bürcündə iki ulduzun toqquşması nəticəsində böyük partlayış baş verib.

Ulduz belə yaranır. Onun ətrafındakı qabıq partlayır və nebula yani dumanlıq yaranır. Bu nebula qısa bir müddət parlaq işıq saçır. Amma bir müddət sonra yayılır, şəffalaşır, zəifləyir və daha sonra biz onun içində böyük bir tum görürük.
Larri Molnar

Amma o zaman yaşayan heç kəs onu görməyib. Partlayış 1800 işıq ili uzaqlığında baş verib. Bu isə o deməkdir ki, həmin ulduzların toqquşması nəticəsində yaranan işıq 1800 il sonra insanlara çatacaqdı.

ABŞ-ın Miçiqan ştatında yerləşən Kalvin Kollecinin alimləri və tələbələrindən ibarət bir qrupun apardığı hesablamalara görə, bu 2022-ci ildə baş verəcək. Qrupa başçılıq edən astronom Larri Molnar ikili ulduzların bir-biri ilə toqquşması nəticəsində baş verən partlayışın parıltısının bir müddət gecələr səmadakı ən parlaq obyekt olacağını deyir.

“İki ulduz bir-birinə o qədər yaxındır ki, sanki bir-birinə toxunur,” deyə o bildirir.

Professor Monar deyir ki, ulduzlar arasındakı məsafə onların diametlərinin 1,5-ə bərabərdir və onların bir-birinin ətrafında dövrə vurması 11 saat çəkir.

“Onlar bunu davamlı olaraq milyonlarla il boyu edə bilərlər. Amma bu ulduzun dövrə vurmaq vaxtı azalır, sürəti isə getdikcə artırdı. Bu da bizim üçün bir ipucu oldu,” o söyləyir.

Başqa sözlə desək, Gygnus bürcündəki bu ulduzlar hər dövrədən sonra, iplə bağlı iki top kimi bir-birinə yaxınlaşırdı.

“Bu araşdırmanın ən maraqlı yanı tələbələrimlə, xüsusilə də bir tələbəm, Dan Van Nurdla işləmək oldu. Əslində bu ideya ilk elə onun ağlına gəldi,” Monar deyir.

Cygnus

Toqquşma nəticəsində böyük enerji buraxılacaq və yeni ulduz yaranacaq.

“Ulduz belə yaranır. Onun ətrafındakı qabıq partlayır və nebula yani dumanlıq yaranır. Bu nebula qısa bir müddət parlaq işıq saçır. Amma bir müddət sonra yayılır, şəffalaşır, zəifləyir və daha sonra biz onun içində böyük bir tum görürük,” deyə Molnar bildirir.

Qalakatikamızdakı ulduzların 80 faizindən çoxu iki və ya daha çox ulduzu olan çoxulduzlu sistemlərin üzvüdür. Təsəvvür edin ki, bizim günəş sistemində də iki ulduz, səmada iki günəş olardı.

Amma astronomlar deyir ki, yeganə ulduz, bizə həyat verən günəş bizim üçün yetərli olmalıdır və biz onun hər günü şəfəqdən qüruba qədər bəxş etdiyi möcüzələrdən zövq almalıyıq.