Federal Təhqiqatlar Bürosu hazırda xidmətdə olan ABŞ əsgərini terrorçuluqda şübhəli bilərək həbs edib. O, İŞİD qrupuna məxfi sənədlər və hərbi zirehli avadanlıq çatdırmağı planlaşdırmaqda təqsirləndirilir.
Çavuş İkaika Kanq hərbi xidmətdə olduğu Havayda həbs edilib.
Əsgərin atası, Klifford Kanq şənbə günü oğlunun həbs edilməsi xəbərinə təəccübləndiyini deyib.
“Nəyə görə o bunu etsin ki, Onun hər şeyi var. Mən başa düşmürəm” deyə Klifford Kanq bildirib.
Associated Press Federal Təhqiqatlar Bürosu tərəfindən təqdim edilən cinayət şikayətində bildirilir ki, Kanq məxfi və qeyri-məxfi hərbi sənədləri İŞİD qrupuna ötürməyə cəhd edib. Onun həmçinin, pilotsuz təyyarələr və ya dronları ekstremist qrupa çatdırmağı planlaşdırdığı bildirilib.
Federal agentlər bir ildən çox zaman idi onu izləyirdi.