Robert Sekuta: Hansı etiqada mənsub olmağımızdan aslı olmayaraq, biz hamımız bir ailəyik [Video & Fotoqalereya]

Your browser doesn’t support HTML5

ABŞ səfiri iftar süfrəsi açıb

ABŞ səfiri iftar süfrəsi açıb

İyunun 22-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta igamətgahında Ramazan ayı münasibəti ilə iftar süfrəsi açıb.

Mərasimdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, hökuməty qurumları, Milli Məclisin deputatları, Azərbaycanın dini icmaların təmsilçiləri, diplomatik missiyaların rəhbərləri, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak edib.

Səfir Robert Sekuta dedib ki, Ramazan Azərbaycan və ABŞ müsəlmanları da daxil olmaqla, İslam aləmi üçün xüsusi bir aydır.

“Bu ilki iftar xüsusilə mühümdür. Çünki, 2016-cı il Azərbaycanda multikultiralizmi ili elan edilib. Azərbaycanın zəngin tarixə malik dini tolerantlıq, digərlərinin qəbul olunması və daha çox dini qrupların birgə fəaliyyət göstərməsi ənənəsi var. Bu, ölkənin ümumi cərəyana inteqrasiyasının davam etdirilməsi üçün çox vacibdir. Azərbaycan din və digər sahələrdə başqa ölkələrə örnək olmaq baxımından mühüm rol oynayır”, o qeyd edib.

R. Sekuta bildirib ki, Ramazan bayramı sayı 3 milyondan çox olan və 2050-ci ilədək iki dəfə artacağı proqnozlaşdırılan Amerikanın müsəlman icması tərəfindən də qeyd olunur.

“ABŞ-da müsəlmanlar polis, səhiyyə işçiləri, hərbçi, mühəndis və sair peşələrdə çalışır. Yəni, müsəlmanlar ABŞ-da biizlərdən biridir. Xüsusilə, Məhəmməd Əlinin son mənzilə yola salınması zamanı orada olan duyğu seli və xalq izdihamının insanları bir araya gətirməsi faktını qeyd etmək istəyirəm. Prezident Obamanın Ağ Evdə iftar süfrəsində dediyi kimi, dünyadakı çoxsaylı çağırışlar müsəlmanların Ramazan ayı ərzində özlərində tərbiyə etdikləri fədəkarlıq, nizam-intizam və səbr kimi keyfiyyətlər tələb edir. Sülh, xeyirxahlıq, mərhəmət və bağışlamaq kimi ortaq dəyərlərə hörmət etməklə, biz təsdiqləyirik ki, hansı etiqada mənsub olmağımızdan asılı olmayaraq hamımız bir ailəyik”, səfir qeyd edib.

ABŞ səfiri iftar süfrəsi açıb