İlham Əliyev Moskvada futbol üzrə dünya çempionatının açılışında iştirak edəcək

Prezident İlham Əliyev iyunun 14-də Moskvada futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak edəcək.

Azərbaycan prezidenti bu məqsədlə mayın 12-də Moskvaya səfərə gedib.

Prezident Əliyev mayın 13-də Rusiya prezidneti Vladimir Putinlə görüşüb.

Görüşdə iqtisadi, siyasi və humanitar əməkdaşlığının yüksək templə inkişaf etdiyi vurğulanıb.

İlham Əliyev və Vladimir Putin

RİA Novosti agentliyi bildirir ki, Kremldə keçirilən görüşdə Putin bildirib ki, ötən il ticarət dövriyyəsi 34,4 faiz artıb.

“Bu ilin birinci rübündə artım təxminən 19 faizdir. Bu, çox yaxşı tempdir və biz bunu dəstəkləməliyik. O ki, qaldı siyasi əməkdaşlığa, burada da hər şey sabitdir. Parlamentlər xətti ilə daim təmaslar gedir. İctimai təşkilatlar xətti ilə humanitar əlaqələr inkişaf edir”, o qeyd edib.

Azərbaycan prezidenti isə Rusiya prezidentini 12 iyun - Rusiya Günü və futbol üzrə dünya çempionatına hazırlığın uğurla başa çatması münasibətilə təbrik edib.

"Əminəm ki, çempionat da çox uğurlu keçəcək, bütün qonaqlar razı qalacaq. Mən də əlaqələrin inkişafından məmnunluğumu bildirmək istəyirəm. Gündəlikdə olan geniş məsələlərlə bağlı fikir mübadiləsi aparmaq üçün bu gün yaxşı imkan var".

İ. Əliyevin sözlərinə görə, iqtisadi əməkdaşlığı genişləndirmək üçün planlar mövcuddur. O, Azərbaycanla Rusiya arasında humanitar sahədə müsbət əməkdaşlığın olduğunu söyləyib.

Vladimir Putin Moskvanın Azərbaycan prezidentinin növbəti səfərinə hazırlaşdığını, səfərin avqustun 30-da baş tutacağını söyləyib.