Aprelin 4-də ABŞ-ın Azərbaycandakı Səfirliyinin əməkdaşı Bill Solley, ABŞ-ın Xüsusi Olimpiada təşkilatı və Gənclər və İdman Nazirliyi arasında sentyabrın 24-28-də Bakıda Xüsusi Olimpiya Qlobal Gənclər Liderlik Forumu keçirilməsinə dair anlaşma memorandumunun imzalanma mərasimində iştirak edib.Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi facebook səhifəsində məlumat yayıb.
Məlumatda deyilir ki, fiziki məhdudiyət məsələləri barədə məlumatın artırılması və əlilliyi olan uşaqlara dəstəyə yönəldilmiş bu təşəbbüs Azərbaycan üçün müsbət bir hadisədir.
“ABŞ səfirliyi, Xüsusi Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırlaşan Azərbaycana dəstəyini göstərməyə səbirsizliklə gözləyir və dünyada fiziki məhdudiyəti olan bütün insanların həyatlarını daha fərdi və əlçatan etmək üzərində çalışır”, səfirlik bildirir.