Suriyanın İdlib vilayətində 56 hökumət əsgəri qətlə yetirilib

Idlib

Suriyanın İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, islamçı yaraqlılar İdlib vilayətində 56 hökumət əsgərini qətlə yetirib. Onların Əbu Duhur hərbi hava limanında kütləvi qırğın üsulu ilə öldürüldüyü xəbər verilir.

Müşahidə qrupu qətllərin bu həftənin əvvələrində həyata keçirildiyini, lakin təsdiqi üçün bir neçə gün vaxt tələb ediliyini deyir.

Əbu Duhur hərbi hava limanı sentyabrın 9-da islamçılar və Əl-Qaidə ilə əlaqəsi olan Əl-Nüsrə Cəbhəsinin bölgənin nəzarətini ələ keçirməsindən sonra hökumətin əlində olan yeganə istehkam idi.

"Fəth Ordusu" adlanan islam koalisiyası vilayətin paytaxtı İdlib və digər bir neçə şəhərə nəzarət edir.

Suriyada 5 ilə yaxın davam edən münaqişə 250 min insan həyatına son qoyub. 4 milyondan artıq insan ölkəni tərk edib.