Eldar Namazov: Azərbaycanda böyük nöqsanları olan idarəçilik sistemi mövcuddur [Video-müsahibə]

Your browser doesn’t support HTML5

Eldar Namazov: Azərbaycanda böyük nöqsanları olan idarəçilik sistemi mövcuddur

Prezidentin katibliyinin keçmiş rəhbəri Amerikanın Səsinə müsahibəsində islahtları vacib sayır

Azərbaycan Prezidentinin katibliyinin keçmiş rəhbəri Eldar Namazov Amerikanın Səsinə müsahibəsində dövlət idarəetmə sistemində islahatlar, vitse-prezident institutu, dövlət nəzarət sisteminin qurulmasının vacibliyindən danışıb.

Amerikanın Səsi: Azərbaycan prezidenti Prezident Administrasiyasının strukturunda dəyişikliklərlə bağlı sərəncam imzalayıb. Bunun nəticəsində bir sıra vəzifəli şəxslər vəzifəsindən kənarda qalıb, bəzilərinin isə sanki səlahiyyətləri azaldılıb? Nəticələrdən nə gözləyirsiniz?

Bir fikir verin. Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi 10 il iş adamlarının başına nə oyunlar açıb? Azərbaycanın Beynəlxalq Bankı illərlə nə qədər vəsait oğurlayıb aparıb. Ancaq, bunun qarşısını ala biləcək bir dövlət orqanı yox idi.

Eldar Namazov: Bu addım düzgün addımdır. Mən bu fərmanı dəstəkləyirəm. Ancaq o şərtlə ki, bu böyük bir islahatlar paketinin içində birinci addım olsun. Yəni, bunun arxası gəlməlidir. Söhbət nədən gedir? Azərbaycanda çox mürəkkəb, qeyri-effektli, böyük nöqsanları olan bir idarəçilik sistemi mövcuddur. Bir fikir verin. Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi (ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi-red) 10 il iş adamlarının başına nə oyunlar açıb? Azərbaycanın Beynəlxalq Bankı illərlə Azərbaycandan nə qədər vəsait oğurlayıb aparıb. Ancaq, bunun əlindən tutan, bunun qarşısını ala biləcək bir dövlət orqanı yox idi. Halbuki, Azərbaycanda Prezident Aparatı var, Nazirlər Kabineti var, Nazirlər Kabinetinin şöbələri var, Prezident Aparatının da şöbələri var. Yəni, struktur çox böyükdür, məmurların sayı çoxdur. Tabeçilik çox mürəkkəbdir. Bir nazir həm prezidentə tabedir, həm baş nazirə tabedir. Prezidentə tabedirsə deməli, Prezident Administrasiyasının rəhbəri də ona göstəriş verə bilər, Prezident Aparatında müvafiq şöbə də onunla işləməlidir. Baş nazirə tabedirsə, deməli baş nazirin bu sahə üzrə müavini var, ona da tabedir, Nazirlər Kabinetində müvafiq şöbə də var. ABŞ kimi böyük bir ölkədə adətən prezident olur, nazir olur və prezidentin bu sahə üzrə köməkçisi olur. Orada nə Nazirlər Kabineti var, orada bu məsələlərə Prezident Administrasiyasının rəhbəri müdaxilə etmir. Ona görə də bax, bu çox mürəkkəb bir idarəçilik sistemi əvəz olunmalıdır. İslahat keçirmək lazımdır. Siz dediyiniz bu fərman bu sahədə birinci addımdır. Mən bunu o şərtlə düzgün addım sayıram ki, bunun ikinci addımı gəlməlidir. Ümumiyyətlə, Nazirlər Kabinetinin statusuna baxılmalıdır. Bizə lazımdırmı Nazirlər Kabineti? Balaca bir ölkəyik. ABŞ kimi bir ölkədə Nazirlər Kabineti yoxdur. Bizdə isə görün nə qədər məmurlar var. Əvvəllər heç olmazsa baş nazir prezident səlahiyyətlərini icra edirdi. Konstitusiyaya görə, prezident səlahiyyətlərini icra edə bilməyəndə baş nazir onun səlahiyyətlərini icra etməli idi. Bu həmin institutun sambalını, ağırlığını verən bir amil idi. İndi bu amil də yox olub. Ona görə ki, konstitusiyaya dəyişikliklər oldu, birinci vitse-prezident institutu yaradıldı. Ona görə də Nazirlər Kabineti kimi Prezident Aparatını təkrarlayan, sahə üzrə köməkçilərin işini təkrarlayan böyük bir institutun, məmur ordusunun mövcudluğu şəxsən mənim üçün şübhə altındadır. Hesab edirəm ki, növbəti addım kimi onun da məsələsinə baxılmalıdır.

Amerikanın Səsi: Birinci vitse-prezident institutunun yaradılması ölkədə köklü islahatlara yol aça bilərmi? Qərb idarəetmə dəyərlərinin genişləndirilməsi üçün hökumət hansı addımlar atmalıdır?

Xüsusən də müharibə şəraitində olan bir ölkədə hesab edirəm ki, müdafiə və hərb məsələləri üzrə Prezident Aparatında ayrıca bir qurum olmalıdır. O nə polis, nə prokurorluğa nəzarət edən şöbənin daxilində olmalı deyil. Bu məqamı nəzərə alsaq, orada atılan başqa addımlar düzgündür.

Eldar Namazov: Birinci vitse-prezident institutunun yaradılması, dünyada analogiya kimi ABŞ-ın siyasi sistemini yada salır. Orada prezident var və vitse-prezident var. Düzdür, orada prezidentlə, vitse-prezident bir yerdə seçkilərə gedir. Seçki marafonunda iştirak edirlər, bir yerdə qalib gəlirlər. Bizdə, bu təyinatla baş verir. Ancaq, bütün hallarda bu institutun yaradılması yenə də idarəçilik sistemində növbəti islahatlar addımını zəruri edir. Yenə də söhbət Nazirlər Kabinetindən gedir. Yenə də ayrı-ayrı nazirliklərin yerindən söhbət gedir. Birinci vitse-prezident hansı sahələrə rəhbərlik edəcək, bu hələ bəlli deyil. Bu haqda hələ konkret bir informasiya yoxdur. Vaxtı ilə referendumdan sonra prezidentin sərəncamı oldu ki, yarım il ərzində Nazirlər Kabineti birinci vitse-prezidentlə bağlı normativ sənədləri hazırlayıb prezidentə təqdim etsin. O vaxt artıq yetişir, deməli bəlkə də artıq keçib. Yəni, bu institutun hüquqi çərçivəsi ilə bağlı müxtəlif sənədlər imzalanmalıdır, sərəncamlar verilməlidir. Yəqin ki, bu yaxın gələcəkdə olacaq. Heç onların sayı da bəlli deyil. Ona görə də bax, belə qeyri-müəyyənlik imkan verir ki, idarəçilik sistemi çox ciddi islahatlar keçirlərək ciddi şəkildə dəyişdirilsin. Buna yol açan addım artıq atılıb. Həm birinci vitse-prezident institutu yaradılıb, vitse-prezidentlər institutu var. İndi Prezident Aparatı ilə bağlı sərəncam imzalandı. Həmin sərəncamı mən dəstəklədim. Ancaq orada bir məqam hesab edirəm ki, nəzərə alınmayıb. O məqamla mən razı deyiləm. Orada Prezident Aparatının ordu ilə bağlı, hərblə bağlı bir qurumu ləğv olundu və hüquq-mühafizə orqanları ilə iş üzrə şöbəyə birləşdirildi. Dünya praktikasında hüquq-mühafizə orqanları ilə işləyən şöbə ilə orduya, hərb məsələlərinə nəzarət edən şöbənin arasında çox ciddi fərq var. Bu eyni sahələr deyil. Xüsusən də müharibə şəraitində olan bir ölkədə hesab edirəm ki, müdafiə və hərb məsələləri üzrə Prezident Aparatında ayrıca bir qurum olmalıdır. O nə polis, nə prokurorluğa nəzarət edən şöbənin daxilində olmalı deyil. Bu məqamı nəzərə alsaq, orada atılan başqa addımlar düzgündür. Sahələr üzrə siyasət qurulanda prezident, nazir və bu sahəyə cavabdeh olan prezidentin köməkçisi, bax bu üçbucağın arasında gərək dövlət siyasəti formalaşsın, həyata keçirilsin, ona nəzarət olunsun və sairə.

Amerikanın Səsi: Ölkədə ictimai münasibətlər sisteminin dəyişdirilməsi, yəni bazar iqtisadiyyatına dayanıqlı biznes, media azadlığı, demokratik seçkiyə əsaslanan siyasi idaretmə, ədalətli məhkəmə sisteminin bərpası üçün hazırda aparılan islahatlar bəs edirmi?

Məhkəmələrimiz müstəqil olsa, nə Milli Təhlükəsizlik Nazirliyi, nə Beynəlxalq Bank, nə başqa məmurlar, qruplar ölkə büdcəsini bu qədər talan edə bilməzdilər. Azərbaycanda insan halqarı bu qədər pozulmazdı.

Eldar Namazov: Mən hesab edirəm ki, bu hələ ilkin addımlardır. Hələlik biz sizin sadaladığınız başqa sahələrdə islahatlarla bağlı addımlar görmürük. Əslinə qalsa, məhkəmə sistemində islahatlar, ola bilsin bütün qalan sahələrdən daha önəmlidir. Məhkəmələrimiz müstəqil olsa, nə Milli Təhlükəsizlik Nazirliyi, nə Beynəlxalq Bank, nə başqa məmurlar, qruplar ölkə büdcəsini bu qədər talan edə bilməzdilər. Azərbaycanda insan halqarı bu qədər pozulmazdı. Ona görə, hesab edirəm ki, məhkəmə sisteminin islahatları siz dediyiniz, o sahələrin arasında ən önəmlisidr. Hansısa bir ölkəyə səfər edən investorlar təyyarədə uçanda, rekalm bukletlərində ölkə ilə tanış olanda birinci sualı odur ki, bu ölkədə məhkəmələr müstəqildir? Ona görə, investorlar həmin ölkəyə yatırım qoyurlar ki, onlar nə prezidentin, nə baş nazirin, nə hansısa bir məmurun dəstəyinə arxalanmırlar, sistemə arxalanırlar. Yəni, həmin ölkəyə qoyulan yatırımın arxasında hüquq sistemi, müstəqil məhkəmə sistemi dayanır. O sistem qurulmayanadək Azərbaycanda neft və qaz sahəsindən kənarda böyük xarici investisiyaları gözləmək sadəlövhlük olardı.