İctimai Palata Güney Azərbaycan türklərinin haqlı davasını dəstəkləyir, dinc etirazlara rəsmi Tehranın zor tətbiq etməsini pisləyir, həbs edilənlərin azad olunmasını tələb edir.
Azərbaycanda müxalif siyasi partiyaların, deputatlığa namizəd olmuş şəxslərin, çoxsaylı ictimai xadimin təmsil olunduğu İctimai Palata İranda yaşayan azərbaycanlıların Urmiyə gölünün qurumasına etirazlarını dəstəkləyən bəyanatla çıxış edib. “İctimai Palata Güney Azərbaycan türklərinin haqlı davasını dəstəkləyir, dinc etirazlara rəsmi Tehranın zor tətbiq etməsini pisləyir, həbs edilənlərin azad olunmasını tələb edir. Biz eyni zamanda, dünya dövlətlərini və beynəlxalq qurumları məsələni diqqətdə saxlamağa çağırıq”, - deyə sənəddə qeyd edilir.