İraqda şiələrə hücumlar vüsət alıb

  • Amerikanın səsi

İraqda şiələrə hücumlar vüsət alıb

İraq rəsmilərinin bildirdiyinə görə, bu gün Mosul yaxınlığında, əsasən şiələrin yaşadığı bölgədə maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində 8 nəfər ölüb, azı 3 nəfər yaralanıb. Bu, İraqda son zamanlar şiələrə qarşı silsilə bomba hücumlarından sonuncusudur.

Şiələrə qarşı zorakılıqlar keçən ay şiə baş nazir Nuri Əl-Malikinin sünni vitse-prezident Tariq Əl-Haşiminin həbsinə dair göstərişindən sonra baş qaldırıb. Zorakılıqlar yüzdən çox insanın ölümünə səbəb olub.