Hərəkət seçki bloku mətbuat konfransı keçirib
Your browser doesn’t support HTML5
Fevralın 15- i "Hərəkət" seçki bloku konfrans təşkil edib.
Konfransın əsas müzakirə mövzusu 2020-ci il 9 fevralda keçirilən parlament seçkiləri olub.
Hərəkət Seçki Bloku Seçkinin yekunlarına dair bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, bu seçkilərin nəticələri bir daha təsdiq edir ki, ölkədə islahat keçirilməsinə dair hakimiyyətin iddiaları mifdir. Ölkədə demokratik seçkilər keçirmək üçün hakimiyyətin siyasi iradəsi mövcud deyil.
Blok hesab edir ki, bu seçkilərin nəticələri bütün seçki dairələri üzrə etibarsız hesab edilərək ləğv edilməli və yeni seçkilər təyin edilməli və yeni seçkilərin azad və ədalətli olmasının təmin edilməsi üçün beynəlxalq təşkilatlar tərəfindən tələb edilən bütün hüquqi tədbirlər görülməlidir.
Ülvi Həsənov deyir ki, bu seçki indiyədək keçirilən seçkilər arasında ən çox saxtakarlığa yol verilən seçkidir. Onlar bu seçkinin nəticələrinin ləğvini tələb edirlər. Görünür ki, bir neçə dairənin nəticələrini ləğv etməklə bu prosesi yekunlaşdırmaq istəyirlər.