Həqiqət Sosialist Hərəkatının üzvü saxlanılıb

Your browser doesn’t support HTML5

Həqiqət Sosialist Hərəkatının üzvü Ənvər Cəlilov 30 yanvar tarixində anti-seçki təşviqatı zamanı naməlum şəxslər tərəfindən saxlanılıb. Hadisə Xətai rayonu, Həzi Aslanov metrosunun yaxınlığında baş verib. Bu barədə hərəkatın üzvü Nurlan Tahirli məlumat verib. Onun məlumatına görə, Ənvər Cəlilovun Xətai rayon polis idarəsinin 36-cı polis bölməsində saxlanıldığı bildirib. O, bu hadisənin siyasi olduğunu iddia edib. Nurlan Tahirli bildirib ki, onlar vətəndaşlara seçkini boykot etməyə çağırış ediblər. Həqiqət Sosialist Hərəkatı Milli Məclisin əvəzində Azad müəssislər məclisi tələb edirlər.