"Hələb - İtmiş Şəhərin Nağılı"
Your browser doesn’t support HTML5
Salam Cinemada "Hələb - İtmiş Şəhərin Nağılı" adlı tədbir keçirilib. Azərbaycan Ərəbşünaslar Şəbəkəsi tərəfindən təşkil olunan tədbirin qonağı fotoqraf Orxan Əzim olub. Tədbir zamanı fotoqraf vətəndaş müharibəsinin viran qoyduğu Suriyaya səfəri çərçivəsində müşahidə və təəssüratlarını bölüşüb.
Tədbirin əsas məqsədi konflikt və sülhün təcəssümündə bu şəhərin taleyini, tarixini və sadə insanların yaşamını nümayiş etdirməkdir. Fotoqraf Hələb qalası və Nəsimi məqbərəsində gördüklərini qonaqlarla bölüşüb.
Görüşün sonunda Əlcəzirə kanalının çəkdiyi "Suriyalı ağ dəbilqəqlilər" adlı qısa video nümayiş etdirilib.