Həkimlər Hindistanda peyvəndlə bağlı tərəddüdləri aradan qaldırmağa çalışır

Your browser doesn’t support HTML5

Hindistanın COVID-19-a qarşı ümummilli vaksinasiya kampaniyası ölkədə pandemiyanın tədricən zəifləməyə başladığı zaman "peyvənd tərəddüdü" ilə qarşılaşdıqdan sonra yenidən sürətlənib. Dünyada ən böyük peyvənd kampaniyalarından birinin keçirildiyi Hindistanda vaksinasiya qarşısında maneələr və irəliləyişləri Dehli xəstəxanasında peyvənd mərkəzində müşahidə etmək mümkündür.