Həkim Aytən Məmmədova: Vaksinlər koronavirusun variantlarına qarşı qoruyucu olduğunu sübut edib
Your browser doesn’t support HTML5
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun Delta variantının dünyanın 100-dən çox ölkəsində yayıldığını bildirir. Birləşmiş Ştatların səhiyyə rəsmiləri son həftələrdə ölkədə yoluxma hallarının sayında artım olduğunu qeyd edir. Bu həftə Azərbaycanda da Delta variantının aşkar olunduğu qeyd edilib. Vaşinqtonda Hovard Universitetinin Endokrinologiya şöbəsində həkim Aytən Məmmədova Amerikanın Səsinə müsahibədə Delta variantının yayılması və koronavirusa qarşı qlobal mübarizədə vaksinlərin əhəmiyyətindən danışıb.