Politoloq Hüseyn Paşayi Amerikanın Səsi ilə söhbətdə dünyada koronavirus zəminində yaranan fövqəladə vəziyyət səbəbilə bir yandan beynəlxalq və transmilli qurumların nüfuzunun azalması, digər tərəfədnsə milli dövlətlərin rolunun genişlənməsinə diqqət çəkib.
Your browser doesn’t support HTML5
Paşayinin sözlərinə görə, “bəzi olaylar var ki, dünyanın tamamına dərindən təsir göstərirlər. Örnək olaraq, dünya müharibələri, Sovetlərin dağılması və ya 11 sentyabr məsləsi. İndi də, koronavirus məsələsi. Qətiliklə, bundan sonra tarixçilər tarix yazanda ya siyasətçilər danışanda, dünyada olayları koronadan öncə və koronadan sonra deyərək araşdıracaqlar və danışacaqlar.”
Elə bir şəraitə gəlib çatıb ki, dövlətlərin performansını virusun yayılmasını önləməkdə uğurlu olub olmaması ilə ölçəcəklər...
Pandemiya səbəbilə insan həyatında yaranan böyük dəyişikliklərə diqqət çəkən siyasi ekspert deyir, “o insan ki, dünənə qədər o biri planetləri kəşf etmək, o biri planetlərə getməklə uğraşırdı, bugün nə yazıq ki, evindən küçəyə çıxa bilmir.”
Bu günlərdə beynəlxalq media, habelə iqtisadi və siyasi ekspertlər “qloballaşma koronavirusa məğlub olacaqmı” sualını gündəmə gətirirlər.
Hüseyn Paşayinin fikrincə, qloballaşmaya qarşı mənfi baxışlar onsuz da son illərdə çoxalmağa başlamışdı:
“İndi, bir bu virus məsələsi var. Bundan dolayı bütün pasportların dəyəri və etibarı artıq eyni səviyyəyə gəlib çatıb. Daha heç bir ölkədən uçuş yoxdur. Hava yolları şirkətlərinin hamısı fəaliyyətləri dayandırmış durumdadırlar. Bir də başqa məsələ var idi. O da, Avropa və Amerikada radikal sağçıların iqtidara gəlməsi idi. Brexit məsələsi var idi. Artıq bəzi küləklər əsirdi. Qloballaşmaya qarşı sərt baxışlar var idi.”
SEE ALSO: Mehdi Nəimi: Koronavirus pandemiyası gizli iqtisadi böhranları aşkara çıxarırPolitoloqun sözlərinə görə, “iqtisadi inkişaf və qloballaşma prosesinin sürətlənməsi ilə artıq dünyada milli dövlətlərin önəmi azalmağa doğru gedirdi. Amma, bu koronavirus olayı da göstərdi ki, təhlükəsizlik məsələləri; sərhəd təhlükəsizliyi və indi də bu səhiyyə təhlükəsizliyinə gəldiyində, artıq transmilli təşkilatlar o qədər də təsirli ola bilmirlər... Koronavirus məsələsi burada çox təsir göstərdi.”
Çünki, belə çətinliklərdə məsələn, Avropa Birliyi ya Birləşmiş Millətlər Təşkilatı o qədər də yardım etmirlər.
O, pandemiya zəminində yaranan fövqəladə vəziyyətdə milli dövlətlərin rolunun artmasını önə çəkərək deyir, “milli dövlətlərin güclərini yenilədiyini görürük. Çünki, belə çətinliklərdə məsələn, Avropa Birliyi ya Birləşmiş Millətlər Təşkilatı o qədər də yardım etmirlər.”
Hüseyn Paşayi hesab edir ki, koronavirus fonunda yaranan siyasi vəziyyətin necə inkişaf edəcəyini zaman göstərəcək:
“İndi fövqəladə vəziyyətdəyik. Elə bir şəraitə gəlib çatıb ki, dövlətlərin performansını virusun yayılmasını önləməkdə əldə etdiyi uğurla ölçəcəklər... Bu vəziyyət bitdikdən sonra da dövlətlər fürsətdən istifadə edib və bu şəraiti qoruyacaqlar və ya beynəlxalq və transmilli təşkilatların vəziyyəti nə olacaq, onu zaman göstərəcək.”