Hyuston sakinləri Harvi qasırğasının verdiyi zərərləri aradan qaldırmağa çalışır [Video]

Your browser doesn’t support HTML5

Hyuston əhalisi Harvi qasırğasının və sonradan baş verən daşqının verdiyi zərərləri aradan qaldırmağa çalışır. Bərpa işləri hələ yeni başlayır. Qasırğanın maddi təsirlərini isə həm daşqın qurbanları həm də evlərinə su təchizatı kəsilən insanlar hiss edir.

Valeri Fam bu evi yeni alıb və Harvi qasırğası Hyustona ziyan vurmamışdan əvvəl burada sadəcə iki ay yaşayıb.

“Mənim bəzi paltarlarım hələ də qutulardadır. Onların hamısı islanıb. Biz dünən onların yuyulması üçün 100 dollar xərclədik”, deyə o bildirir.

Famın daşqına qarşı sığortası yoxdur və indi o, maddi yardım axtarır. Daşqın zamanı o hər şeyini itirib.

Harvi qasırğası zamanı ən çox zərəri daşqın qurbanları görsələr də, evlərində sular kəsilən kiçik sahibkarlar da qasırğanın təsirinə məruz qalıblar.

“Şəhər kabusa dönüb”, deyə vyetnamlı amerikalı sahibkar Doq Nqo bildirir.

Doq Nqonun dəniz məhsulları restoranı fəaliyyətini bərpa etsə də, işlər hələ ki, bir az zəifdir.

“Restoranda yemək artıq bir lüksa çevrilib”, Nqo deyir.

Nqonun restoranının yanında yanacaq doldurma məntəqəsi və kiçik bir dükan var. Səm Əli oranın meneceridir. Amma hələ ki, məntəqədə yanacaq yoxdur.

“Bu dükan yanacaq məntəqəsi sayəsində işləyir. Yanacaq olmadığı üçün, içəridəki dükan da işləmir”, o söyləyir.

Şəhərdə həm də süd və su kimi ərzaqların çatışmazlığı yaşanır.

Səm Əli: “Nəqliyyat dayanıb. Hazırda mağazaya heç nə gətirtmirik. Bu, ən azından bir həftə belə davam edəcək.”

Əlinin daimi müştərilərdən Neftali Esperanza da qasırğanın maddi təsirlərinə məruz qalıb.

“Mən beş gün işləmədim. İşləmədiyim günlər isə pul qazanmıram”, deyə o bildirir.

İki gənc qızı olan Esperanza artıq yavaş-yavaş işləməyə başladığını deyir.

Kiçik sahibkarlar qasırğanın səbəb olduğu maddi ziyanları hələ tam dəqiq bilmirlər.

“Hələ ki, bilə bilmərik. Ümid edirəm, çox deyil”, Nqo söyləyir

Fam evini təzmiləməyə və maddi dəstək axtarmağa davam etdiyi vaxt, nikbin qalmağa çalışır.

“Təbii ki, çox kədərlidir, amma bunlara baxmayaraq, mən daha çox çalışıb hər şeyi bərpa edib, yoluma davam etməliyəm”, Valeri Fam deyir.

Onlar həm də ümid edir ki, Hyustona bu il artıq bir daha qasırğa gəlməyəcək.