Hüsnü Mübarək və iki oğlu istintaq müddətində həbsdə qalacaq (YENİLƏNİB)

  • Amerikanın səsi

Hüsnü Mübarək və iki oğlu istintaq müddətində həbsdə qalacaq (YENİLƏNİB)

Misrin keçmiş prezidenti Hüsnü Mübarək rəsmilər korrupsiya ittihamlarına dair istintaqın bir hissəsi olaraq onun 15 gün həbsdə qalacağını elan etməsindən sonra hələ də xəstəxanadadır.

Prokurorlar bunu cənab Mübarək sorğu-sual edilən zaman ürəyində yaranan problemlərlə əlaqədar hospitala aparılandan sonra açıqlayıb. Xəbər agentliklərinin verdiyi məlumata görə, rəsmilər cənab Mübarəki Qahirə yaxınlığındakı tibbi mərkəzə keçirəcək.

Misir mediasının məlumatına görə, onun iki oğlu Alaa və Camal da dindiriləndən sonra 15 günlük azadlıqdan məhrum edilib. Mübarək ailəsinin bəzi üzvləri, bununla yanaşı, bir neçə keçmiş yüksək rütbəli məmur ictimai fondları mənimsəməkdə və səlahiyyətlərindən sui-istifadə edərək, bu ilin əvvəli hökumət əleyhdarı nümayişçilərə qarşı gücdən istifadə etməkdə ittiham olunurlar.