Hüsni Mübarək və oğulları 15 sutka həbsxanada saxlanılacaqlar

Former Egyptian President Hosni Mubarak (file photo)

Sabiq Misir prezidenti Hüsni Mübarək və onun iki oğlu korrupsiya və səlahiyyətdən sui-istifadə maddələri ilə istintaqın tərkib hissəsi olaraq 15 sutka müddətə saxlanılır. Prokurorlar ittihamı dünən açıqlayıblar. Ondan bir gün qabaq cənab Mübarək Qırmızı Dəniz sahilindəki kurort şəhəri olan Şarm əl-Şeyxdə rəsmilər tərəfindən dindirilərkən ürə xəstəliyinə görə xəstəxanaya aparılmışdı. Cənab Mübarəkin oğulları Alaa və Camal Qahirə civarındakı Tora həbsxanasına aparılıblar.