Qarabağ müharibəsi zamanı İran Azərbaycanında təşkil olunan aksiyalara qatılan vətəndaşların mühakimə prosesi davam edir. Türk fəal Hüseyn Məhəmmədiyan Təbrizdə keçirilən Qarabağa dəstək mitinqi ilə əlaqədar iki ayrı məhkəmədə mühakimə ediləcək.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, milli fəala Təbriz İnqilab və Cəza məhkəmələrindən iki ayrı çağırış vərəqəsi göndərilib.
Məhəmmədiyan İnqilab Məhkəməsində “İslam Respublikası nizamına qarşı təbliğat”, Təbriz Cəza Məhkəməsində isə “ümumi intizam və asayişi pozmaq” ittihamı ilə mühakimə ediləcək.
Keçən oktyabr ayının 18-də Təbrizdə çoxsaylı insanın iştirakı ilə keçirilən Qarabağa dəstək aksiyasında “Qarabağ bizimdir, bizim olacaq”, “Ermənistana himayət, cinayətdir, cinayət” və “Təbriz, Bakı, Ankara, Salam olsun Turana!” kimi şüarlar səsləndirilmişdi. İştirakçılar həmçinin “gəl qardaşım meydana, silah gedir İrəvana, Azərbaycan yan-yana, Nurduz gərək bağlana” şüarı ilə İran və Ermənistan arasındakı Nurduz sərhəd-keçid məntəqəsinin qapadılmasını tələb etmişdilər.
SEE ALSO: Təbrizdə keçirilən aksiyada İran-Ermənistan sərhəd məntəqəsinin qapadılması tələb edilibTəhlükəsizlik qüvvələri Hüseyn Məhəmmədiyan və bir çox digər fəalı mitinqdən bir gün əvvəl saxlamışdılar. O, Rəsul Rəzəvi və Hüseyn Əmir-Hicri kimi fəllar ilə birlikdə təqribən 10 gün kəşfiyat qurumunun həbsxanasında sorğu-sual edildikdən sonra sərbəst buraxılana qədər Təbrizin mərkəzi həbsxanasına göndərilmişdi. Hər üç fəal oktyabrın 31-də 200 milyon tümənlik mülki zəmanət qarşılığında azad edilib.