Sendi qasırğası ABŞ-ın şərq sahillərini vurmağa başlayıb
Sendi qasırğası Konnektikut ştatının Bridgeport şəhərinə çatıb. 29 oktyabr, 2012.
Nyu-York Səhm Birjasının daşqın sularından qorunması üçün qum torbalarından istifadə olunur. Qasırğa Nyu-York regionunda kütləvi nəqliyyat, məktəblər və bizneslərin bağlanmasına səbəb olub. 29 oktyabr, 2012.
Sendi qasırğası Nyu-Cersinin Hoboken qəsəbəsinə yaxınlaşdıqca Hudson çayı daşaraq Lakavanna dəmiryol stansiyasını suya qərq edir.
Nyu-Yorkun Southampton qəsəbəsində yerli sakin okean sahilində tufanı izləyir. 29 oktyabr, 2012.
Sabiq prezident Bill Klinton Mərkəzi Florida Universitetində prezident Barak Obamanın seçki nümayişində çıxış edir. Prezident Obama Floridaya səfərini yarımçıq qoyaraq Sendi qasırğasını izləmək üçün paytaxt Vaşinqtona dönüb. 29 oktyabr, 2012.
Prezident Barak Obama Federal Fövqəladə Hallar Agentlyinin Vaşiqntondakı qərargahında brifinqdə danışır. 28 oktyabr, 2012.
Polis Nyu-Yorkun Tayms Meydanında patrul çəkir. 28 oktyabr, 2012.
Nyu-Yorkun Riverhead qəsəbəsində qasırğa öncəsi insanlar hazırlıq görmək üçün supermarketin piştaxtalarını boşaldıblar. 28 oktyabr, 2012.
Nyu-Yorkun LaGuardia aeroportunda uçuşlar təxirə salınıb. 28 oktyabr, 2012.
Virciniyanın Norfolk şəhərində yerli sakin velisopedini qıfıllayaraq daşqın sularında işə gedir. Sendi qasırğasının gətirdiyi yağışlar və külək ərazini vurmaqda davam edir. 28 oktyabr, 2012.
Nyu-Yorkun Inwood qəsəbəsinin sakini Bill Ryan heyvan sığınacağında öpişiyini sakitləşdirir. Rəsmilər evakuasiya olunan sakinlərə ev heyvanlarını müvəqqəti olaraq sığınacaqlarda yerləşdirməyi tövsiyə ediblər.