Li fırtınası Atlantik okeanında 5-ci kateqoriyaya çatır

ABŞ Milli Qasırğa Mərkəzi Li fırtınasının Atlantik okeanında təhlükəli 5-ci kateqoriyaya çatdığını, davamlı küləklərin sürətinin saatda maksimum 270 kilometrə yaxın olduğunu və çox ehtimal ki, növbəti 24 saat ərzində güclənməyə davam edəcəyini bildirib.

Qasırğa mərkəzi özünün son məlumatında bildirib ki, fırtına Atlantik okeanından uzaqda - Karib adalarından 1015 km şərqi, Vircin adalarını, Puerto Riko, Baham və başqa adaları əhatə edir.

Sinoptiklər Linin yaxın bir neçə gün ərzində bu adaların şimalına doğru irəliləyəcəyini, lakin intensivliyini qoruyacağını gözləyir. Onlar xəbərdarlıq edir ki, fırtına gələn həftənin əvvəlində ABŞ-ın şərq sahili boyunca adalar və çimərliklər üçün təhlükəli şərait və həyati təhlükə yarada bilər.

Qasırğa mərkəzi bildirib ki, gələn həftənin sonuna qədər fırtınanın ABŞ-ın şərqinə və ya Bermud adalarına necə təsir edəcəyini bilmək hələ tezdir. Fırtınanın şimala və qərbə doğru irəliləyərək, gücünün xeyli azalması gözlənilir.

Lakin sinoptiklər bildirirlər ki, bazar günündən başlayaraq ABŞ-ın Şərq Sahilinin əksər hissəsində fırtına təhlükəli dalğa axınları yarada bilər.

Fırtınanı müşahidə edən meteoroloqlar onun inkişafının dramatik olduğunu deyir. Tayfun Xəbərdarlıq Mərkəzinin baş alimi Levi Kovan "X" sosial mediadakı hesabında Linin cümə axşamı 5-ci kateqoriyaya yüksəlməsini Atlantik okeanında gördüyü ən sürətli intensivləşmə epizodlarından biri adlandırıb.

Qasırğa mərkəzi eyni zamanda Atlantik okeanının şərqində, qərbə və şimala doğru hərəkət etdikcə, növbəti bir neçə gün ərzində güclənəcəyi gözlənilən tropik Marqo fırtınasını da izləyir.