Huqo Çavez yenidən Kubaya getdi

  • Amerikanın səsi

Huqo Çavez yenidən Kubaya getdi

Venesuela prezidenti Huqo Çavez bu gün kemoterapiya müalicəsi almaq üçün Kubaya gəlib. Ötən ay cənab Çavez burada xərçəng şişinə görə əməliyyat olunmuşdu.

Paytaxt Karakasda təyyarəyə minməzdən öncə Çavez bildirib ki, o, bir neçə günlüyə gedir, lakin onun Kubada nə qədər qalacağı aydın deyil.

Günün əvvəlində prezident Çavez bəzi səlahiyyətlərini vitse-prezident Elias Jaua və maliyyə naziri Jorge Giordaniyə ötürüb. Huqo Çavez müxalifətin prezidentliyi müvəqqəti vitse-prezidentə təhvil vermək çağırışlarını qəbul etməyib.

Venesuela İspaniyadan müstəqilliyinin 200-cü ildönümünü bayram etdikdən bir gün sonra, cənab Çavez iyulun 4-də Kubada əməliyyat olundu. Venesuela lideri hansı növ xərçəng xəstəliyinə tutulduğunu açıqlamayıb.