Huqo Çavez rəqibinə qarşı sui-qəsd planının olduğunu deyir

  • Amerikanın səsi

Venesuela prezidenti Huqo Çavez onun hökumətinin rəqibinə qarşı sui-qəsd haqda məlumat aldığını bildirir.

Cənab Çavez Henrik Kaprilesə qarşı bu sui-qəsd iddiasınıVenesuelanın dövlət televiziyasına telefon zəngində irəli sürüb.

Cənab Çavez deyir ki, hökumətin kəşfiyyt xidmətinin rəhbəri Kaprilesin kampaniya rəhbərliyi ilə bu yaxınlarda görüşərək sui-qəsdi müzakirə edib. Kapriles mərkəzi Miranda ştatının qubernatorudur.