Macarıstanın baş naziri hakim partiyanın seçkilərdəki qələbəsini təbrik etmək üçün Gürcüstana gedib

Macarıstanın baş naziri Viktor Orban

Macarıstanın baş naziri Viktor Orban hakim partiyanın müxalifətin səsvermədə qanun pozuntularının olduğunu dediyi seçkilərdəki qələbəsini təbrik etmək üçün bazar ertəsi Gürcüstana gedib.

Gürcüstanın Seçki Komissiyası "Gürcü Arzusu"nun şənbə günü keçirilən seçkilərdə təxminən 54% səslə qalib gəldiyini desə də, müxalifət partiyaları nəticələrini tanımaqdan imtina edib və etirazlara çağırıb.

Seçkilərin nəticələri Avropaya inteqrasiyanı sürətləndirməyi hədəfləyən qərbyönlü gürcülərə zərbə oub.

Orban şənbə günü "Gürcü Arzusu" partiyasını qələbə münasibətilə təbrik edib. "Gürcüstan xalqı öz ölkəsi üçün nəyin yaxşı olduğunu bilir və bu gün öz səsini eşitdirir!" - deyə, o, X-də yazıb.

Orbanı Gürcüstana səfərində Macarıstanın maliyyə, iqtisadiyyat və xarici işlər nazirləri müşayiət edib.

Macarıstanın xarici işlər naziri Piter Siyyarto bazar ertəsi Facebook səhifəsində Gürcüstandakı nəticələrin liberallar üçün "çirkin məğlubiyyət" olduğunu yazıb.

Hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Macarıstan 2022-ci ildə Ukraynanın işğalına baxmayaraq, Rusiya ilə sıx əlaqələri davam etdirmək əzmində olduğu üçün Avropa İttifaqı və NATO üzvlərini qəzəbləndirib.

Avropa İttifaqı, ABŞ və NATO iddia edilən seçki pozuntularının tam araşdırılmasına çağırıb.

"Gürcü Arzusu" və seçki komissiyası səsvermənin azad və ədalətli keçdiyini bildirib.