BUDAPEŞT —
Macarıstan leytenant Ramil Səfərovu cümə günü Azərbaycana ekstradisiya etdikdən sonra o, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə əfv edilərək azad olub. Ermənistan bu inkişaflardan sonra Macarıstanla diplomatik əlaqələrini kəsib.
Ramil Səfərov 2006-cı ildə erməni leytenant Qurqen Markaryanı yatdığı zaman öldürdüyünü böynuna aldıqdan sonra Budapeşt şəhər məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmişdi.
İnsident 2004-cı ildə onların hər ikisinin NATO hərbi alyansının dil kurslarında olduğu zaman baş vermişdi.
Budapeştdə məhkəmə zamanı Ramil Səfərov törətdiyi qətlin əsasında Dağlıq Qarabağ münaqişəsinin durduğunu və hadisə qurbanının onu təhrik etdiyini bəyan etmişdir.
Mararıstandan Bakıya qayıdan Ramil Səfərov Azərbaycan prezidentinin sərəncamı ilə əfv edildiyini öyrənmişdir. Prezident İlham Əliyevin açıqladığı qısa bəyanatda Səfərovun cəza çəkməkdən azad edildiyini bildirilmişdir.
Hava limanında böyük hərarətlə qarşılanan Ramil Səfərov azad edilməsini ədalətin bərpası adlandırmışdır. “Özümü çox xoşbəxt hiss edirəm. Təkrar öz xalqımızın arasında olmaq, vətəndə olmaq gözəl bir hissdir, gözəl bir duyğudur. Təkrar ikinci dəfə dünyaya gəlmiş kimi hiss edirəm özümü. Buna heç vaxt ümidimi itirmədim. Bilirdim ki, gec və ya tez, vaxtı çatanda cənab Ali Baş komandan məsələni həll edəcək və inanıram ki, vaxt gəlib çatdı və fürsətdən istifadə edib dövlətimizin başçısı İlham Əliyevə təşəkkür edirəm. Humanist bir addım atıb fərmanı imzaladğına görə. Bütün xalqımıza minnətdaram ki, dar gündə həm mənə, həm ailəmə diqqət və qayğı göstərirlər” –deyə Ramil Səfərov bildirmişdir.
Ermənistan prezident Serj Sarkisyanın açıqladığı bəynatda “Macarıstan rəsmilərinin böyük bir səhvə yol verdiklərini anlamalı olduğu” deyilir. O, ölkəsinin Macarıstanda bütün diplomatik münasibətləri kəsdiyini əlavə edib.
ABŞ Dövlət Deapartamentinin verdiyi bəyanatda Birləşmiş Ştatların azərbaycanlı zabitin əvf edilməsi ilə bağlı dərin narahatlıq keçirdiyi və atılan addımla bağlı bu dərin narahatlığı Azərbaycana çatdırdıığı bildirilir. Dövlət Departamenti həmçinin Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə bağlı Macarıstandan izahat istədiyini bəyan edib.
Macarıstan Xarici İşlər nazirliyinin sözçüsü Amerikanın səsinə bildlirib ki, ölkənin Azərbaycan, ya da Ermənistanla gələcək münasibətləri ilə bağlı şərh vermək hələ tezdir.
Macarıstanın İctimai İdarə və Ədalət nazirliyinin mətbuat katibi Veronika Şuks isə Amerikanın səsinə ağır sualların verməyin yeri olmadığını bildirib. “Yazılı bəyanat var, onu oxumaq lazımdır. Başlıqda deyilir ki, Ramil Səfərovun hökmü Azərbaycan tərəfindən təmin ediləcək”-deyə o bildirib.
Amerikanın səsinin tanış olduğu bəyanatda nazirlik Səfərovun Macarıstan və Azərbaycanın da imzaladığı 1983-cü il Məhkum Olunmuş Şəxslərin Təhvilinə dair Strasburq Konvensiyasına əsasən ekstradisiya edilmişdir.
Bununla belə, Macarıstan Azərbaycanın Budapeştin çıxardığı qərara hörmət edəcəyinə söz verdiyini bildirib. Bu da “öürlük həbs cəzasına məhkum olmuş şəxslərin ən tez cəza müddətini 25 il çəkdikdən sonra şərti olaraq azad edilə bilməsini” nəzərdə turur.
Ramil Səfərov Macarıstan mətbuatında neftlə zəngin Azərbaycanın ölkənin borclarını ödəyə bilməsi üçün ona 3,8 milyard dollar kredit ayıra biləcəyi haqda məlumatlardan sonra ekstradisiya olunmuşdur. Macarıstan rəsmiləri bu məlumatların əhəmiyyətini azaltmağa çalışaraq, ilk əvvəl Byenəlxalq Valyuta Fondu və Avropa İttifaqı ilə danışıqları yekunlaşdırmaq istədiyini bildiriblər.
Macarıstan radiosunda Azərbaycan prezidentinin Ramil Səfərovun ekstradisiyası ətrafında yaranmış vəziyyətə görə Macarıstana səfərini təxirə saldığı haqda məlumat verilib.