Human Rights Watch Ərəb Baharını dəstəkləməyə çağırır

  • Amerikanın səsi

Human Rights Watch Ərəb Baharını dəstəkləməyə çağırır

"Human Rights Watch" Qərbi Ərəb Baharının baş verdiyi ölkələrdə demokratiya uğrunda bir zamanlar Qərb ölkələrinin dəstəklədiyi liderləri hakimiyyətdən salmaq üçün etiraz nümayişləri keçirən insanların hüquqlarını müdafiə etməyə çağırıb.

Təşkilatın builki hesabatında deyilir ki, Qərbin ərəb ölkələrinə münasibətdə siyasəti regionda sabitliyi təmin etmək üçün dünyanın başqa yerlərində demokratiyanın yayılmasına baxmayaraq, ərəb avtokratlarına ənənəvi dəstək verməkdən ibarət olub.

"Human Rights Watch" bildirir ki, demokratik ölkələrin hökumətlərinin ərəb ölkələrini belə bir şəkildə istisna etməsi siyasi islam və terrorizmlə bağlı qorxular, neft təchizatı axınını olduğu kimi saxlamaqdan doğan ehtiyac, habelə Ərəb-İsrail sülhünə nail olmaq və Avropaya miqrasiyanın qarşısını almaq üçün avtokratlardan asılılıq siyasəti ilə bağlı olub.

Təşkilatın direktoru Kennet Rot deyib ki, Ərəb Baharında iştirak edən insanların öz hüquqlarını tanıması və əsl demokratiya qura bilməsi üçün güclü beynəllxaq dəstək lazımdır.

“Human Rights Watch”un Yaxın Şərq şöbəsinin direktoru Sara Lia hesabatın İraqla bağlı hissəsində bildirib ki, ABŞ-ın ölkədə demokratiya quruculuğuna yardım göstərdiyini iddia etməsinə baxmayaraq, İraq çox sürətlə avtoritarizm yoluna düşür.