Human Rights Watch Azərbaycanda insan haqları sahəsində vəziyyətin pisləşdiyini bildirir

  • Azerbaijani Service

Human Rights Watch Azərbaycanda insan haqları sahəsində vəziyyətin pisləşdiyini bildirir

Human Rights Watch təşkilatı 2011-ci ildə dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair hesabatını açıqlayıb.

Hesabatın Azərbaycanla bağlı hissəsində ölkədə 2011-ci ildə insan hüquqları sahəsində vəziyyətin pisləşdiyi qeyd edilir. Sənəddə hökumətin etirazın bütün növlərinin qarşısını aldığı deyilir.

Hesabatda bildirilir ki, jurnalistlərə və hökumətin tənqidçilərinə qarşı qaldırılan cinayət və mülki məhkəmə işlərinin sayı azalsa da, onlara münasibətin dəyişilmədiyi müşahidə edilir. Sənəddə din azadlıqlarına məhdudiyyətlərin qoyulması, habelə həbsxanalarda işgəncə və pis rəftar hallarının davam etdiyi bildirilir.

Hesabatda Azərbaycan hökumətinin Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisinin ölkəyə gəlişinin qarşısını almağa davam etdiyi göstərilir.

Hesabatın Azərbaycana aid hissəsini burada oxumaq olar.