Human Rights Watch yeni hesabatını açıqlayıb

Hökümətlər insan haqları pozuntularına bəraət qazandırmaq üçün təhlükəsizlik arqumentindən istifadə edirlər

Beynəlxalq təşkilat Human Rights Watch (HRW) hökümətlərin təhlükəsizlik qanunlarını sərtləşdirmək adına insan haqlarını qurban verməsini yanlışlıq kimi qiymətləndirib.

İllik qlobal insan haqları hesabatında HRW bildirib ki, Nigeriya, İran, Suriya və ABŞ insan haqları pozuntularına haqq qazandırmaq üçün təhlükəsizlik arqumentindən istifadə edirlər.

Təşkilatın icraçı direktoru Kennet Rosun sözlərinə görə, təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi etimadı azaldaraq və qruplar arasında gərginliyi artırır. “Bir sıra hökümətlər çətin olmayan vaxtlar insan haqlarını siyasi fəaliyyət üçün vacib element əvəzinə imtiyaz olaraq görürlər,”deyə o bildirir. “İnsan haqlarına hiddətli təmkinlə yanaşmaq əvəzinə bütün dünya qanunvericiləri insan haqlarını böhtan və xaosdan qurtulmaq üçün mənəvi nümunə kimi qiymətləndirməlidir.”

Qrup həmçinin bildirir ki, ABŞ prezidenti Barak Obama Mərkəzi Kəşfiyyat Agentliyinin işgəncə tətbiq etməsini araşdırmaqdan və məsul şəxsləri məsulliyətə cəlb etməkdən imtina edib. “Onun hüquqi vəzifəsindən imtina etməsi onu göstərir ki, gələcək prezidentlər də işgəncəyə cinayət kim yox, siyasət kimi yanaşacaqlar,” deyə hesabatda bildirilib.

Hesabat İraq və Suriyanı İslam Dövlətinin ekstremizminin yaranmasına səbəb olan “təriqətçi və təhqiredici” siyasət aparmaqda günahlandırıb. Bildirilib ki, Suriyanın vətəndaşlarına qarşı zorakılıq tətbiq etməsi və İraq hökümətinin sünni müsəlman icmalarını təcrid etməsi İslam Dövlətinə bu qruplardan dəstək toplamağa imkan yaradıb.

Hesabatda bildirilib ki, təhlükəsizlik problerini həll etmək sadəcə təhülkəni aradan qadırmaq deyil, bura eləcə də ictimai-siyasi asayişi dəstəkləyən mənəviyyatın bərpası daxildir.