Türkiyənin müdafiə naziri Hulusi Akar çərşənbə günü deyib ki, Birləşmiş Ştatlar Türkiyənin Suriyanın şimal-şərqində təklif olunan təhlükəsizlik zonası ilə bağlı mövqeyinə yaxınlaşmaqdadır və Türkiyənin orada ordu yerləşdirmə planları başa çatıb.
Ankarada çıxış edən Akar həmçinin deyib ki, Türkiyə Birləşmiş Ştatlarla birlikdə hərəkət etmək istədiyini bildirib:
“Bizim planlarımız, hazırlıqlarımız və əraziyə ordu göndərməyimiz başa çatıb. Lakin biz dostumuz və müttəfiqimiz Birləşmiş Ştatlarla birlikdə hərəkət etmək istədiyimizi söyləmişik”.
Türkiyə Suriyanın şimal-şəqrində Türkiyə ilə sərhəddə kürd YPG qrupunun olmadığı təhlükəsizlik zonası yaratmağa razılaşan Birləşmiş Ştatlara qarşı səbri tükənib.
Ankara Vaşinqtonu təhülkəsizlik zonası yaratmaq prosesini ləngitməkdə ittiham edib və ABŞ-ın YPG ilə əlaqələrini kəsməsini tələb edib. YPG Vaşinqtonun Suriyada İŞİD-ə qarşı mübarizəsində əsas müttəfiqi olub, ancaq Türkiyə qrupu terror təşkilatı olduğunu bildirir.