Birinin digəri üçün özünü qurban verməsi nadir haldır. Lakin daş kömür mədənində işləyən atasının ölümündən sonra Katnis Everdion kiçik bacısını qorumağa çalışır. Onun xilas şansı çox azdır, lakin o, ailəsini dolandırmaq üçün "aclıq oyunu" adlanan müsabiqəyə qoşulmalı olur.
Katnis rolunu ifa edən Cenifer Laurens deyir ki, Süzan Kollinsin əsəri üzərində çəkilən bu film kütləvi informasiya vasitələrinə siyasi nəzarətə işarədir. “Biz gələcəkdə nə baş verəcəyini bilmirik. Lakin biz televiziyaya baxaraq tarixin təkrar olunduğunu görürük və bu, aktualdır” - deyə, Süzan Kollins bildirir.
Bu filmin siyasi bir mesaj və ya ürək döyündürən romantik bir əsər olmasına baxmayaraq, filmin premyerasına dünyanın 2 mindən çox kino-teatrında biletlər satılıb. Çox sayda insan uzaq məsafə qət edərək, filmin premyerasında iştirak etmək istəyir. Kristin Adler onlardan biridir. Onun anası filmə baxmaq üçün bileti necə tapdığından danışır. “Mən Virginia ştatının Çester şəhərindəki “Barnes və Nobel” mağazasına gecə saat 3 radələrində çatdım ki, səhər tezdən mağaza açılanda növbədə birinci olum. Mağaza səhər 9-da açıldı və məb biletləri aldım. Biz çox sevindik.”
Buradakı yeniyetmələr filmin qəhrəmaları kimi geyiniblər. Tovuz quşuna oxşayan qızın cəmi 11 yaşı var. Onun kiçik qardaşı isə filmin qəhrəmanı Peta kimi geyinib. Onların anası Vaşinqton şəhərində filmə baxmaq üçün maşınla 150 km-lik məsafəni qət etdiyini deyir.
Lakin belə ağır filmə uşaqların baxması nə qədər düzgündür?
Birqız həmişə ağır filmlərə baxdığını deyir. Onun anası isə uşaqlıqdan qorxulu filmlərə baxdığını və uşaqlarının da belə süjetli filmləri sevdiyini deyir.
Motion Picture Assosuiasiyası 13 yaşınadək uşaqların filmi izləməsinə icazə verərək, burada zorakılqılar üzərində dayanılmadığını bilririr. Lakin azyaşlı uşaqlar üçün ağır olduğu barədə xəbərdarlıq edilir.
Bütün bunlara baxmayaraq, daha yaşlı tamaşaçı Huger Games filmini Harry Potterlə müqayisə edərək, bu kitabın da davamı olmasını istəyir.
Cenifer Laurens iki saat yarım davam edən filmdə Katnisin tamaşaçıları həyəcan içərisində saxladığını deyir.