İsrail-HƏMAS müharibəsi yəhudi ölkənin 2020-ci İbrahim Razılaşmasındakı tərəfdaşlarını çətin seçimlər etməyə məcbur edir. Belə ki, onlar qəzəbli ərəb ictimaiyyətini sakitləşdirmək və razılaşmanın iqtisadi və strateji faydalarını qorumağa çalışmaq arasında orta zəmin tapmalıdır.
İndiyədək sazişik iki əsas tərəfi -Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri əks seçimlər edib. Birincisi iqtisadi əlaqələri dayandıraraq səfirini geri çağırıb, ikincisi isə razılaşmalara sadiqliyini təkrarlayıb.
Sazişi 2021-ci ildə imzalayan Sudan fələstinli xalqn müstəqil dövlətə malik olmaq kimi qanuni hüququna dəsətiyini ifadə edib, ancaq öz vətəndaş müharibəsinə qərq olduğu üçün, çox şey deməyib.
Bu arada isə Mərakeş İsrailin Qəzzanı bombalama kampaniyasını şiddətlə pisləyib və onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin fəaliyyətsizliyindən təəssüflənib. Lakin o, hələ də İsraillə diplomatik münasibətləri kəsmək tələblərini yerinə yetirməyib.
Təhlilçilər deyir ki, uzun müddətdə razılaşmaların gələcəyi və onların genişləndirilməsi perspektivləri çox güman ki, müharibənin nəticəsindən və döyüşçülərin daimi sülh üçün hansı səylər göstərməyə hazır olmasından asılı olacaq.
ABŞ-ın cənubundakı Corciya ştatında yerləşən Emori Universitetinin Yaxın Şərq və Cənubi Asiya Tədqiqatları Departamentinin akademiki Kortni Frier qeyd edib ki, ötən həftə Bəhreyndə parlament İsraillə iqtisadi əlaqələrin dayandırıldığını bəyan edib. Bəhreynin İsraildəki səfiri Xalid Əl-Cələhma geri çağırılıb, Təl-Əviv və Manama arasında uçuşlar dayandırılıb.
Ancaq o qeyd edib ki, BƏƏ-də Müdafiə, Daxili və Xarici İşlər Komitəsinin sədri “hətta bu həftə sazişləri ‘bizim gələcəyimiz’ adlandırıb. Bu cavab ən azından Bəhreyn parlamentində gördüklərimizdən açıq şəkildə tamamilə fərqlidir”.
BƏƏ ilə İsrail arasında hava nəqliyyatı da fəaliyyətini davam etdirir.
Frier deyib ki, razılaşmaların gələcəyi qismən münaqişənin həllindən və ərəb dövlətlərinin bu prosesdə oynadığı roldan asılıdır. O, həmçinin qeyd edib ki, bu təsirlərin nə qədər geniş və uzunmüddətli olacağını söyləmək hələ tezdir.
“Tunis kimi İsraillə normallaşmanı kriminallaşdıran qanun layihəsini müzakirə edən, digər tərəfdən isə Küveyt kimi artıq bu qanun layihəsini qəbul edən müxtəlif parlamentlər var. Aydındr ki, bu qanunlar tətbiq olunarsa, bu, İbrahim razılaşmalarını genişləndirmək səylərini çətinləşdirəcək,” o deyib.
“Ancaq normallaşmanın artıq mövcud olduğu ölkələrdə mən isə tam geri dönüşün olacağına inanmıram, amma bəlkə də bunu dəqiq bilmək üçün hələ tezdir,” o deyib.
İsrailin Xarici İşlər Nazirliyi Bəhreyn parlamentinin hərəkətinin münasibətlərdə əhəmiyyətli bir dəyişikliyə işarə etməkdən daha çox ictimaiyyəti sakitləşdirməyə yönəldiyini irəli sürdü. Nazirlik rəsmi açıqlamasında “İsrail-Bəhreyn münasibətləri sabitdir” deyə bildirib.
Londonda yerləşən Chatham House araşdırma mərkəzinin Yaxın Şərq və Şimali Afrika Proqramının direktoru Sənəm Vəkil Amerikanın Səsinə deyib ki, Qəzzada mülki şəxsləri müdafiə etmək və qorumaq üçün həm BƏƏ, həm də Bəhreyn əhalisinin hökumətlərinə təzyiqləri var.
“Həm BƏƏ həm də Bəhreyn humanitar dəhliz yaratamq və atəşkəsə təzyiq göstətmək üçün çoxtərəfli şəkildə işləməyə çalışırlar. Pərdə arxasında da İsrail hökumətinə münasibətlərin pozulduğuna dair açıq mesajlar göndərilir,” Vəkil deyib.
O İsraildə rəhbərlik dəyişikliyinin kömək edə biləcəyin desə də, uzunmüddətli sabitlik üçün ədalətli həllin kritik əhəmiyyət daşıdığını vurğulayıb.