Hər il dünyada təxminən 2.6 milyon uşaq aclığın qurbanı olur

  • Amerikanın səsi

Hər il dünyada təxminən 2.6 milyon uşaq aclığın qurbanı olur

Yeni araşdırmalar qidasızlığın hər il təxminən 2.6 milyon uşağın ölümünə səbəb olduğunu göstərib. “Uşaqları Xilas Edin” adlı beynəlxalq yardım qrupunun məlumatında deyilir ki, aclığa son qoyulması səylərinə baxmayaraq, dünyada uşaqların dörtdə bir hissəsinin üzləşdiyi qidasızlıq problemi diqqətdən yayınan problemlərdən biridir. Dekabr və yanvar aylarında aparılan tədqiqatlar hər saat 300 uşağın aclıqdan öldüyünü göstərib. Qrup üzvlərinin sözlərinə görə, ərzaq qiymətlərinin qalxması bir çox ölkədə uşaqları təhsillərini dayandıraraq ailələrinə pul qazanmağa yardım etməyə vadar edib. Bir çox hallarda qidasızlıq yalnız ərzaq çatışmamazlığı deyil, həm də ailələrin keyfiyyətli ərzaqlarla qidalanmaması ucbatından baş verir.