Hər gün 1200 amerikalı siqaret səbəbi ilə dünyasını dəyişir

Siqaretin qarşısı alına biləcək ölüm hallarına səbəb olan faktor olması artıq yenilik deyil. Tütündən istifadə edilməsi son illər azalsa da, alimləri uşaqların siqaret çəkməsi narahat edir. 900 səhifədən ibarət hesabat məhz yeniyetmələr və gənclərin siqaret ç’kməsinə həsr edilib. Hesabatda deyilir ki, 10 yaşlarında belə uşaqlar bu problemə alışır. Baş cərrah Regina Benyamin bu statistik göstəricilərin dəhşət doğurduğunu deyir. “Hər gün 1200 amerikalı siqaret səbəbi ilə dünyasını dəyişir. Onlar hər gün iki gənclə əvəz edilir.”

Hazırda məqsəd tütündən istifadənin tamamən aradan qaldırılmasıdır. Araşdırmalar göstərir ki, yeniyetmələr nikonitinə böyüklərdən daha çox alışır. Bir çoxlarında bu alışqanlıq 11-13 yaşlarında qeydə alınır. “Bu gün 600 min orta, 3 milyon yuxarı sinif şagirdi siqaret çəkir.”

Siqaret çəkənlərin 90 faizi ilk siqaretə 18 yaşından aşağı yaşlarda başlayır. Araşdırmalar 16 ilə 26 yaş arasında gənclərin hər üçündən birinin siqaret çəkdiyini göstərir. Yalnız bir faiz 26 yaşından sonra siqaretə başlayır. “Bizim məqsədimiz tütünsüz gələcək nəslə nail olmaqdır.”

Tütün vergiləri və qiymətlərinin artırılması ilə gənclər üçün siqaret almağın çətinləşdirilməsi kimi təkliflər irəli sürülür.

Amerikanın Səhiyyə Nazirliyi gəclərə bu sahədə yadım etməklə, vaxsız ölümlərə mane oluna biləcəyini bildirir.