Insan papilloma virusu – yəni HPV əsasən zöhrəvi xəstəliklərlə və servikal (uşaqlıq boynu) xərçənglə əlaqələndirilir. Ona görə də tanınmış aktyor Maykl Duqlas ağız xərçənginin HPV virusu nəticəsində yarandığına eyham vuranda bu xəbər dünya mediasında sensasiya kimi yayıldı. Sön illərdə HPV-dən qaynaqlanan ağız xərçəngi epidemik xarakter alıb və bu, əsasən kişilərdə qeydə alınır.
Insan papilloma virusu HPV müxtəlif növlərə malikdir. Bu viruslardan biri də ağız boşluğunda xərçəngə səbəb olur ki. həkimlər bu xəstəliyin sürətlə artdığını deyirlər.
Doktor Mümtaz Xan Ohayo ştatının Klivlend Kilini Xəstəxanasında baş və boyun xəstəlikləri üzrə mütəxəssisdir. “ABŞ-da 20 milyona yaxın insan bu virusa yoluxub. Amma onların çoxu konkret xərçəng doğuran HPV-16 virusu ilə əlaqəli deyil.
Bununla belə, doktor Xan HPV-16 virusununun səbəb olduğu xərçəngin sürətlə yayıldığını deyir. “HPV-nin səbəb olduğu ağız boşluğunda əmələ gələn xərçəng son 20 ildə sürətlə artıb. Buna misal, son zamanlar aparılan bir neçə araşdırmanın nəticələri göstərib ki, 80-ci illərdə boğaz vəzlərində HPV-nin doöurduöu xərçəng 28 faiz idisə, hazırda bu rəqəm 68-80 faiz arasındadır.”
Hazırda ağız boşluğundakı xərçəngi müəyyən etmək çətindir, ona görə də doktor Xan deyir ki, insanlar özlərinə nəzarət etməlidirlər.
“İnsanlar qeyri-adi, məsələn, ağızda və ya boğazda ağrı, şiş, udqunanda çətinlik çəkmək, səsin dəyişməsi kimi simptomlara fikir verməlidir.” - deyə, doktor Xan bildirir.
Doktor Xan ağız boşluğunda əmələ gələn xərçəngin asan müalicə olunduğunu deyir. Lakin o, bu virusun qarşısını əvvəlcədən də almağın mümkün olduğunu, HPV-16 virusuna qarşı HPV peyvəndi istifadə etməklə ağız boşluğundakı xərçəngin azalacağına ümid etdiyini deyir.
Təəssüf ki, son araşdırmalar Amerikada qızlarını HPV virusuna qarşı peyvənd etdirməkdən imtina edən valideynlərin 40-dan 44 faizə yüksəldiyini göstərib. Birləşmiş Ştatların Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi oğlanlara da bu vaksindən istifadə etməyi tövsiyə edir.
ABŞ Xərçəng İnstitutunun son kəşflərindən biri HPV ilə əlaqəli ağız xərçəngi riski yüksək olan adamların asanlıqla müəyyən edilməsi üçün ümid yaradıb. Hərçənd ki, bu tapıntı hələ erkən mərhələdədir, güman olunur ki, nə vaxtsa ağız xərçəngi riski sadə qan testi ilə müəyyən olunacaq.