Moskva yaxınlığındakı psixiatrik xəstəxanada yanğın olub

Bu gün Moskva yaxınlığındakı psixiatrik xəstəxanada baş verən yanğın 36 xəstənin və 2 tibb işçisinin ölümünə səbəb olub. Səhiyyə Nazirliyinin bildirdiyinə görə, tibbi heyət və iki xəstə Raminskidə baş verən yanğından xilas ola bilib.

Rəsmilər pəncərələri dəmir barmaqlıqlı, birmərtəıbəli xəstəxanada baş verən yanğının tez bir zamanda yayıldığını bildirib. Fransa xəbər agentliyinin məlumatında xəstəxananın 1952-ci ildə taxtadan inşa edildiyi deyilir.

Fövqəladə Hallar Nazirliyi yanğınsöndürənlərin hadisə yerinə yanğın barədə xəbər aldıqdan bir saat sonra çatdıqlarını, buna səbəbin isə xəstəxanaya gedən yolun bağlanması olduğunu bildirib.

Yanğının səbəbi isə hələlik məlum deyil.