Ağ Ev kommunikasiya direktoru, prezident Donald Trampın ən yaxın müşavirlərindən biri Hop Hiks vəzifəsindən uzaqlaşır.
Hiksin istefa niyyətini elan etməsi onun ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin bir neçə sualına cavab verməkdən imtina etməsindən sonraya təsadüf edir. Komitə 2016-cı il ABŞ prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı təhqiqatla əlaqədar Hiksi sorğu-sual edib.
Mənbələr bildirir ki, Hiks komitə qarşısında bütün gün davam edən dindirilmə təcrübəsindən sonra çox həyacanlı və sarsılmış idi. Onun vəzifədən uzaqlaşmaq qərarının arxasında bu səbəbin olub-olmadığı aydın deyil.
Prezident Tramp Hiksin əməyini yüksək qiymətləndirib.
Hiks son 14 ayda Tramp administrasiyası dövrü Ağ Ev kommunikasiya direktoru vəzifəsini tutan beşinci şəxsdiri. Onun növbəti bir neçə həftə vəzifəsini icra edcəyi gözlənilir.