Honq Konqda kommunist rejimin ildönümü etirazlarla qarşılanır

Çərşənbə axşamı Honq Konq küçələrində polisə benzin bombaları atan etirazçılara qarşı polisin gözyaşardıcı qazdan istifadə edib. Baş verənlər Çin Xalq Respublikasının 70-ci ikldönümünün keçirildiyi bir vaxta təsadüf edir.

Polis Honq Konqun Admiralti bölgəsindəki mərkəzi hökumət idarələri qarşısında benzin bombaları atan etirazçıları dağıtmaq üçün su şırnağından və gözyaşardıcı qazdan istifadə edib və bir neçə həftə əvvəl fəallar tərəfindən dağıdılmış Qanunvericilik Şurası binasının boşaltmağa çalışıb.

Honq Konqda dörd aydır vüsət alan etiraz dalğası Çinin dissentə tolerant olmayan prezidenti Şi Tsinpin üçün xüsusi sınaq kimi dəyərləndirilir.

Polis gözyaşardığı qaz kanistrləri ilə dörd aydır iğtişaşlara səhnə olan Yeni Ərazi adlanan Şa Tindəki çoxmərtəbəli binaları hədəf alıb. Lakin binanın pəncərələrinə hansı səbəbdən hücum edildiyi məlum deyil.

Polis deyir ki, Yeni Ərazinin qərbindəki Tyen Munda etirazçılar zərərli mayedən istifadə edərək çox sayda polis işçisinə və jurnalistə xəsarət yetiriblər. Detallara varılmayıb.

Tai Sin yaşayış məntəqəsinin məşhur Taoist məbədinin qarşısında keçirilən dinc etirazlar polisin gözyaşardıcı qaz və odlu silahlahdan istifadə etməsindən sonra xaosa çevrilib. Ən azı səkkiz motosiklet yandırılıb.

Təxminən dörd aydır davam edən küçə toqquşmaları və nümayişlər vaxtilə Britaniyanın müstəmləkəsi olan Honq Konqu onilliklər ərzində ən dərin siyasi böhrana salıb.