Honq Konqda şənbə günü pensiyaçılarla orta məktəb şağirdləri bir araya gələrək Honq Konq 1997-ci ildə Britaniya tərəfindən Çinə təhvil veriləndən sonra Pekinin adaya artan müdaxiləsinə etiraz edib.
“Mən o qədər polis qəddarlığı və qanunsuz həbslərə şahid olmuşam. Bu, mənim bildiyim Honq Konq deyil”– deyə, Honq Konqun mərkəzi rayonundan 71 yaşlı bir qadın söyləyib.
Gənclər və yaşlılar şəhərin Çater Bağçasında demokratiya fəallarını dinləyib.
Honq Konqda aylardır davam edən etirazlar getdikcə zorakı hal alıb.
Lakin demokratiya tərəfdarları ötən həftə yerli seçkilərdə böyük qələbələr əldə edəndən sonra Honq Konqda əhval-ruhiyyə dəyişib.
Bəzi nümayişçilər şənbə günü ABŞ-da qəbul olunan Honq Konqun demokratiya tərəfdarı fəallarını dəstəkləyən qanun layihəsinə dəstək məqsədilə Amerika bayraqları dalğalandırılıb.
Karri Lam hazırk əhval-ruhiyyənin qorunub saxlanmasına çağırsa da, etirazçıların onun vəzifəsi üzərində azad seçkilərin keçirilməsi və polis zorakılığı ilə bağlı müstəqil təhqiqatın aparılması kimi tələblərini yerinə yetirməkdən imtina edib.