Cümə axşamı Çinin Silahlı Xalq Polis Qüvvələrinin yüzlərlə üzvü Şenzen şəhərindəki stadionda təlim keçib. Birləşmiş Ştatlar Dövlət Departamenti Çinin həmin qüvvələrdən sərhəddəki Honq Konqda keçirilən etirazları dağıtmaq üçün istifadə edilə biləcəyindən narahatdır.
Çərşənbə günü Çin Honq Konqdakı etirazların "terrorun yaxınlığında" olduğunu bir də təkrarlayıb. Çin bunu etirazçıların iki gün əvvəl hava limanında hökumət tərəfdartı olduğundan şübhələnərək iki çinlini döyməsindən və xaotik mənzərələrin izlənməsindən sonra deyib.
Lakin Honq Konqdakı Qərb və Asiya diplomatları deyib ki, Pekinin Xalq Qurtuluş Ordusunu Honq Konqun küçələrinə çıxarmaq üçün bir o qədər də marağı yoxdur.
Reuters xəbər agentliyinin müxbiri cümə axşamı stadionda uniformalı insanların olduğunu, fit səsləri və qışqırıqlar eşidildiyini bildirib. Stadion ticarət mərkəzinin yanında yerləşdiyi üçün girişləri bağlı olsa belə alıcılar ətrafda dolaşıb.
Stadionun avtomobil parkında yüzdən çox tünd rəngə boyanmış hərbi texnika, o cümlədən yük vbə zirehli maşınlar, avtobus və ciplərlə dolu olub.
Polislə etirazçılar arasında on həftədir artmaqda olan qarşıdurmalar Honq Konqun 1997-ci ildən, Britaniyadan Çin hakimiyyətinə qayıtmasından bəri ən ağır böhran vəziyyətinə düşməsinə səbəb olub.
Etirazlar 2012-ci ildə hakimiyyətə gəlməsindən bəri Çin prezidenti Çi Tzimpin üçün ən böyük problemdən biridir.