Honq Konqda demokratik islahatlar tələb edən tələbə nümayişlərinin bir ayı qeyd edirlər.
Nümayişçilər Pekinin 2017-ci ildə keçiriləcək seçkilərdə namizədlərlə bağlı qərarını yenidən gözdən keçirməsini tələb edirlər.
Rəsmilər tələbi rədd edərək, nümayişləri qeyri qanuni adlandırıb. Nümayişçilər və polis arasında dəfələrlə qarşıdurma yaşanmasına baxmayaraq, şəhərin əsas küçələrini zəbt edən etirazçılar mübarizələrini uzun müddət davam etdirməyə hazır olduqlarını bildirib.
Etirazçılar aksiyaların ilk günü polisin göz yaşardıcı qazdan istifadə etdiyi sayda, 87saniyəlik sükut elan ediblər. Bu, saniyəlik sükutla yad ediblər.
Aksiyaları əsas təşkilatçısı olan Mərkəzi Zəbt Edin qrupu nümayişçilərə anım mərasimində qarşıdurmalar zamanı özlərini göz yaşardıcı qazdan qorumaq üçün istifadə etdikləri gözlük, çətirdən istifadə etməyə və göz yaşardıcı qazdan müdafiə olunmaq üçün xüsusi geyimdə olmağa çağırıb.
Hökumət rəsmiləri Pekinə nümayişçilərin 2017-ci ildə keçiriləcək seçkilərlə bağlı plana narazılıqlarını bildirən məktub göndərməyi təklif edib.