Honq Konqun icra hakimiyyətinin başçısı Leunq Çun-yinq demokratiya tələb edən nümayişçilərin bazar ertəsi gününədək küçələri tərk etmələrinə əmr edib. O, zəbt olunan küçələrin həmin günədək nəqliyata açıq olmasını tələb edib.
Göstəriş şənbə günü nümayişçilər ilə etirazların işlərinə və gündəlik həyatlarına maneçilik gətirdiyini iddia edən sakinlər arasında yaşanan qarşıdurmadan sonra verilib.
Honq Konq polisi qarşıdurma zamanı 19 nəfəri həbs edib. Onlar bir neçə polis də daxil olmaqla, 18 nəfəri yaralamaqda ittiham olunurlar. Polis saxlanılanların üçlük kimi tanınan mütəşəkkil cinayətkar qrupu ilə əlaqəsi olduğunu bildirib.
Honq Konqun təhlükəsizlik rəhbəri Lay Tunq-kvok şəhər rəsmilərinin nümayişçilərə qarşı bandalardan istifadə etdiyinə dair iddiaları rədd edib. O, iddiaları şaiyə adlandıraraq, bunların əsassız olduğunu deyib.
Əksəriyyəti tələbələr olan on minlərlə etirazçı Honq Konqun əsas küçələrini bir həftəyə yaxındır ki, nəqliyyata və ticarətə bağlayıb.