"Namus gündəlikləri" filmi qadınlara edilən zülmlərdən danışır [Video]

Your browser doesn’t support HTML5

“Namusa ləkə”, bu termin adətən ailə və ya icmanı rüsvay edən qadınlara şamil olunur. Dünya boyu minlərlə qadın və qız hücum, zorakılıq və ölümlə üzləşir. Bütün bunların “namus”a görə edildiyi deyilir. “Namus gündəlikləri” adlı yeni sənədli filmdə müsəlman dünyasından olan 9 qadının bu geniş yayılmış problemlə mübarizəsindən söz açılır.

Qız uşağının cinsi orqanı həddi-buluğa çatmamış kəsilir. Bəzi yeniyetmə qızların bakirəliyini saxlamaları üçün bu orqan tamamilə çıxarılır.

Yaha Dokureh onun cinsi orqanının doğulandan bir həftə sonra kəsildiyini deyir.
Cinsi orqanı körpəliyində kəsilən və uşaq ikən ərə verilən Yaha Dokureh Qambiyalı müsəlmandır. Yaha başına gələnlərin İslamla əlaqəsi olmadığına inanır. Buna baxmayaraq qız uşaqlarının cinsi orqanlarının kəsilməsi ənənəsi Afrikanın bəzi müsəlman dövlətləri, Yaxın Şərq və Asiya olmaqla, 20-dən çox ölkədə yayılıb. Belə bir əməliyyatın hətta Birləşmiş Ştatlardakı bəzi mühacirlər tərəfindən də edildiyi deyilir.

“Adətən mühacirlər mühacir özləri ilə adət və ənənələrini, mədəniyyətlərini gətirirlər. Beləliklə onlar qızları üzərində bu ritualı həyata keçirirlər.” - deyə, Yaha Dokureh bildirir.

İnsanların nələr baş verdiyindən xəbərləri yoxdur, çünki bu haqda heç kim danışmır. Mənin fikrimcə biz bu vəziyyətdə olan qızlara yardım üçün Birləşmiş Ştatları, insanları və hökumətləri cəlb etməyə nail olmalıyıq. Yaha Dokurehin əleyhinə çıxdığı “namus” adına hüquq pozuntuları bu günlərdə ekranlara çıxan “Namus Gündəlikləri” sənədli filminin süjet xəttini təşkil edir.

“Namus Gündəlikləri” filminin rejissoru Pola Kveskin: “Bu məsələ uzun zamandır gizli saxlanılır və saxlanmaqda da davam edir. Təkcə Birləşmiş Ştatlarda deyil, dünyanın bir sıra ölkələrində qadına qarşı zorakılıqdan danışanda bunun mədəniyyət və dinlə bağlı olduğu düşünülərək, məsələnin üstündən keçilir və siyasi baxımdan qeyri-korrekt addım atılmasından ehtiyat edilir.”

“Mənim bacım evlilik həyatında bədbəxt olduğunu deyəndə, mən ona yanıma gəl dedim. O isə cavabında, namus məsələsi var gələ bilmərəm dedi.
O, ərindən boşanmaqla ailəsinə ləkə gəlməsini istəmədi. Sonda bacım özünü yandıraraq öldürdü. Rubina öldü.”

Bu sənədli film 30 qadın haqları müdafiəçisinin yardımı ilə çəkilib. Filmin rejissoru Pola Kveskin bu filmin təkcə film deyil, həm də bütün dünyadakı insanları cəlb edəcək bir hərəkat olduğunu deyir.

"Ailəsinə ləkə gətirdiyinə görə əri onun burnunu, qulaqlarını kəsdi.
Muzamal Həsən arvadı boşanmaq üçün ərizə yazdıqdan sonra onun başını kəsdi.
Nur Əlmaliki çox “Qərbləşdiyi” üçün atası onu maşınla vurdu."

Bu qətllərə “namus qətlləri” kimi baxılır.

Rejissorlar bu sənədli filmin daha çox insanı danışdırmağa vadar edəcəyinə və qadın zorakılığına qarşı ilk addımların atılacağına ümid edirlər.