Honduras sahillərində batan balıqçı gəmisində ölənlərin axtarışı davam edir

Çərşənbə günü Honduras sahillərində batan 70 tonluq balıqçı gəmisində sağ qalanlar qohumlarına qovuşmaq və tibbi yoxlanışdan keçmək üçün Puerto-Lempuraya gətirilib.

Batan gəmidə 27 nəfər ölüb. Tapılan cəsədlər cümə axşamı limana gətirilib. Lakin 6 nəfərin cəsədi hələ də axtarılır.

Ölənlər gəminin kapitanı, aşpazı, bir ekipaj üzvü, 19 dalğıc və 5 yerli sakin olub.

Honduras ordusunun gəminin dənizə pis hava şəraitində çıxdığını bildirsə də, Capt. Waly gəmisinin balıqçısı havanın sakit, gəminin batmasına isə böyük dalğanın səbəb olduğunu bildirib.