Ailə üzvlərini itirmiş insanlar Kolorado ştatındakı kinoteatrda qətliam törətməkdə şübhəli bilinən şəxsə qarşı yekun qərarın çıxarılmasından əvvəl dinləmələr zamanı göz yaşları içində ifadə verib.
Dinləmələrdən sonra Ceyms Holms rəsmi olaraq əfvsiz ömürlük həbsə məhkum edilməsi gözlənilir.
2012-ci ilin iyulunda baş vermiş qətliamda ölən 12 nəfərdən biri onun qızı olmuş Rena Medek deyib ki, Holmsun törətdiyi hadisə onun karyerasını məhv edib.
Bu həftə hakimin Holmsu 24 maddə üzrə ittiham edərək birinci dərəcəli qətldə təqsirli biləcəyi gözlənilir.
Hadisə zamanı yeddi nəfər yaralanıb.
Bu həftə üç günlük dinləmədə azı 100 nəfərin ifadə verəcəyi ehtimal olunur.
Onların ifadəsi hakimə Holmsun qətlə cəhd və partlayıcıdan istifadə də daxil olmaqla, digər 141 maddə üzrə ittihamlara dair qərar verməsinə yardım edəcək.
Münsiflər məhkəməsi ötən ay Kaliforniya Universitetinin nevrologiya üzrə sabiq məzunu 27 yaşlı Holmsu “The Dark Night Rises” Betmen filminin nümayişi zamanı qətliamda təqsirli bilib.