Hollivud yazarları [Video]

Your browser doesn’t support HTML5

Bəzi insanlar Los-Ancelesə ya ssenarist, ya da yazıçı olmaq arzusu ilə gedir. Digərlərin isə artıq burada sənət sahibi olub, kitabları dərc edilib, ssenariləri üzrə filmlər çəkilib.

Hollivud yaradıcı və iddialı insanları cəlb edir. Bu gənc ssenarist deyir ki, yazıçı olmaq bəzən tənhalıq deməkdir. Ssenarist Dillon Maqran Vils: “Siz qeyri-mümkün bir işin arzusundasınız. Lakin sizi təsəlli edən bir şey var, əfrafınızdakılar da eyni işi görür”

Yüzə qədər yazıçı Hollivud yaxınlığındakı ofisdə bir yerdə işləyir. Burada fikirlər inkubasiya olunur. Buranın təsisçisi yazıçıların evdən də işləyə bildiklərini, lakin evdə daha çox yayındıqlarını deyir. “Evdə müxtəlif işlər çıxır, ya paltar yumalısan, ya hansısa pəhriz yeməyini hazırlamalısan, yəni çox iş olur” deyə, Talia Bolnik bildirir.

Burada isə hamı diqqətini yazdığı materiala cəlb edir.

Olov Berman İsveçdə cizgi filmləri studiyası açıb, lakin o, bədii filmlərini Hollivudda çəkmək istəyir. “Öz şirkətimin olması və bədii film çəkmək həmişə mənim arzum olub. Buna görə də mən burada filmlər üçün ssenarilər yazır və çox şey öyrənirəm.”

Liza Konelli isə başqa janr üçün yazır. “Mən yeniyetmələr üçün roman yazıram. Bu, Los-Ancelesdə baş verən qorxulu hekayədir.”

Bu onun ilk romanıdır. Həmişə yazıçı olmaq arzusunda olan Liza çox oxumalı olur. “Mən kitab qurduna bənzəyirəm, mən doğrudan da oxumağı sevirəm. Əsasən də fantastik və qorxulu mövzuları sevirəm” deyə, Liza bildirir.

İstər gənc, Istərsə də təcrübəli ssenaristlər, Hollivud arzusu ilə buraya gələn yazıçılar digər yazıçılardan öyrənir.