"Hobbi dünyamızı kiçik biznesə çevirdik"
Your browser doesn’t support HTML5
Lamiyə Qurbanlı 2 ildən çoxdur ki, müxtəlif formalı uşaq oyuncaqlarının hazırlanması ilə məşğul olur. Onun sözlərinə görə, bu sahənin özünəməxsus cəhətlərindən biri də rəngli iplərdən hazırlanan bu oyuncaqların uşaqların yuxu dostuna çevrilməsidir. Uşaq yaşlarından nənəsindən öyrəndiyi toxuculuq sahəsinə illər sonra qayıtmasının da maraqlı tarixçəsi var. Lamiyə Qurbanlı deyir ki, öz fantaziyasının məhsulu olan oyuncaqlar hazırlamaq onun üçün daha maraqlıdır