Həmid Karzay Fransadadır

  • Amerikanın səsi

Afghan President Hamid Karzai reviews the honor guard during his arrival at the French National Assembly in Paris, Friday, Jan. 27, 2012. (AP Photo/Michel Spingler)

Əfqanıstan prezidenti Həmid Karzay Fransa prezidenti Nikola Sarkozi ilə görüş keçirib. Görüş Sarkozinin Fransa qüvvələrinin Əfqanıstandan vaxtından əvvəl çıxarılacağını bəyan etməsindən bir həftə sonra keçirilir.

Paris müzakirələri zamanı liderlər 2014-cü ildə beynəlxalq qüvvələrin Əfqanıstandan çıxarılmasından sonra Fransanın o ölkə ilə uzunmüddətli strateji əməkdaşlığı məsələsi gündəmə gətirib.

Bu həftə Fransanın xarici işlər naziri Alan Juppe isə bildirmişdi ki, qüvvələrin hamısının Əfqanıstandan çıxarılması planlaşdırılmır.

Ötən həftə əfqan əsgərləri tərəfindən 4 fransız hərbçinin öldürülməsindən sonra təlimlər və dəstək əməliyyatlarının dayandırılmasına göstəriş verən prezident Sarkozi onların bərpa ediləcəyini bildirib. 2001-ci ildən Fransa qüvvələri Əfqanıstanda 82 itki verib.