İraq mətbuatının bildirdiyinə görə, ölkə parlamenti sabiq diktator Səddam Hüseynin kürd şəhəri Hələbcəyə qarşı kimyəvi hücumunun genosid kimi tanınması məsələsini səsə qoyub. İraq qanunvericiləri hücumun 23-cü ildönümü təklifi təsdiq edib. Hücum zamanı 5 min İraq kürdü qətlə yetirilmiş, 10 min insan yaralanmışdı. Səddam Hüseynin təyyarə və vertolyotları xardal və əsəb qazı ilə 1988-ci ilin mart ayının 16-ı Hələbcəyə hücum etmişdi. Hücum Ənfal adlanan kampaniyanın ən dəhşətli qətliamı hesab edilir.